Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borelin mandatı əsasında üç ölkənin xarici işlər nazirləri Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək.
Bu barədə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku özünün “Twitter” hesabında yazıb.
O, avstriyalı və litvalı həmkarları - Aleksandr Şallenberq və Qabrielius Landsbergislə 24-26 iyun tarixlərində regionda səfərdə olacaqlarını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.