AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya Qarabağda sülhməramlıların sayını artırmaq istəyir? - XEYİR OLA?!

  • + A
  • - A
  • 22-06-2021, 19:40


    Qarabağdakı rus sülhməramlıları üçün daha bir blok-modul qəsəbə tikilib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, Xankəndidə Rusiya sülhməramlı kontingentinin xüsusi təyinatlı tibb vahidinin blok-modul şəhərciyi tikilib. Düşərgəyə yaşayış və inzibati, sanitariya-epidemioloji və xəstəxana şöbələri, əməliyyat bölməsi, ambulatoriya və təcridxana daxil olmaqla, yüz yetmiş iki modul daxildir.

    “Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakovun rəhbərliyi və Rusiya Müdafiə Nazirliyinin maddi-texniki orqanlarının birbaşa iştirakı ilə Qarabağdakı Rusiya hərbçiləri üçün rahat, müasir yaşayış şəraiti yaratmaq üçün ən qısa müddətdə 250, 60, 40, 30 və 15 nəfərlik olmaqla, ümumilikdə 30 blok-modul qəsəbə salınıb”, – məlumatda qeyd edilib.

    Xatırladaq ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri – Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan 10 noyabr 2020-ci il tarixində Qarabağda atəşkəsə dair birgə bəyanat qəbul ediblər. Rusiya Federasiyasının sülhməramlı kontingenti atəşkəsə nəzarət etmək üçün 1960 nəfərlik hərbi heyət, 90 zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnika ilə Dağlıq Qarabağda yerləşdirilib.

    Qeyd edək ki, bundan əvvəl sülhməramlı kontingentin hərbi heyəti üçün inşa edilən qəsəbələrin sayı 8-ə çatmışdı.

    Bəs, rus sülhməramlıları üçün yenidən blok-modul qəsəbənin tikilməsinə ehtiyac vardı? Əgər varsa, bu ehtiyac nədən qaynaqlanır?

    Politoloq Turan Rzayev rus sülhməramlılarının sayının tədricən artmasının yolverilməz olduğunu deyib. O, bunun 10 noyabr bəyanatına zidd olduğunu vurğulayıb: “10 noyabr bəyanatına uyğun olaraq Azərbaycanın işğaldan azad edilən Qarabağ bölgəsinə Rusiya sülhməramlı qüvvələr gəldi. Bəyanatda bu qüvvələrin səlahiyyətləri, səlahiyyət müddətləri və say tərkibləri açıqca göstərilib. Yəni bu gün rus sülhməramlıları heç bir halda öz səlahiyyətlərini aşa, say tərkibini artıra və səlahiyyət zonasından kənara müdaxilə edə bilməz.

    Qarabağdakı rus sülhməramlıları üçün daha bir blok-modul qəsəbə tikilməsinə gəldikdə isə deyə bilərəm ki, bu rəsmi Bakının razılığı ilə olmalıdır. Kreml sülhməramlılar ilə bağlı hər yeni şey üçün mütləq icazə almalıdır. Düşünmürəm ki, indiki halda Qarabağdakı rus sülhməramlıları üçün daha bir blok-modul qəsəbə tikilməsinə ehtiyac yoxdur. Qarabağda sülhməramlıların əbədi qalmasına icazə vermək olmaz. Düzdür, mövcud reallıqları və baş verən son siyasi prosesləri nəzərə alsaq deyə bilərəm ki, bu, baş verməyəcək. Lakin istənilən halda bunun qarşısını almaq lazımdır. Hər halda bu gün Qarabağda rus sülhməramlıları üçün daha bir blok-modul qəsəbə tikilirsə, bundan ölkə rəhbərliyinin də xəbəri var. Əgər ölkə rəhbərliyi belə bir şeyə şərait yaradırsa, demək proses nəzarət altındadır. Yenə də bu tipli məsələrdə yüz ölçüb, bir biçmək lazımdır. Bu gün rus sülhməramlılarının sayı o qədər də çox deyil. Lakin onların tədricən artması yolverilməzdir. Bu, həm də 10 noyabr bəyanatına ziddir”. //hurriyyet.az//


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR