Dmitri Peskovdan İrəvana Qarabağ mesajı: Alternativi yoxdur
Moskvanın Bakı ilə kontaktları daimi əsasdadır. Hər kəs Qarabağla bağlı üçtərəfli razılaşmanın reallaşdırılmasının vacib və alternativsiz olduğu qənaətindədir.
Azadmedia.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu reallaşma çərçivəsində erməni və Azərbaycan tərəfi ilə kontaktlar gerçəkləşdirilir. Dünən ikitərəfli münasibətlər barədə ətraflı danışdıq, üçtərəfli razılaşmadakı fərqli nüansların reallaşdırılması və ticari-iqtisadi əməkdaşlıq müzakirə olundu”, – deyə o bildirib.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR