AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə səfiri Saatlıda Axıska türkləri ilə görüşüb

  • + A
  • - A
  • 11-07-2021, 19:01

    Bu gün dualar mərhum ümummilli lider Heydər Əliyev, prezidentlərimiz Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin dostluğu, iki dövlətin və bir millətin birliyi, həmrəyliyi və barışı üçündür.

    Azadmedia.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı bu gün Saatlı rayonunda Axıska türkləri ilə keçirilən görüş zamanı deyib.

    “Bir əsrdə üç sürgün yaşayan Axıska türkləri ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Saatlı rayonuna yerləşdirilib. Bu gün 13 şəhərdə təxminən 20 min Axıska türki yaşayır. Həmvətənlərimizlə çörək kəsdik, çaylarını içdik. Qarşıdan gələn Qurban bayramlarını təbrik etdik. Prezident Rəcəb Tayyib Ərdoğanın və Türkiyənin salamlarını çatdırdıq. Türkiyə bayrağını əmanət etdik. Bayrağımızı ürəklərinə göz yaşları ilə basdılar”, - səfir qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR