AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Atasına heykəl qoyan deputatdan şok açıqlama — Məhkəmə ilə hədələdi

  • + A
  • - A
  • 19-08-2017, 13:02

    Atasına heykəl qoyan deputatdan şok açıqlama — Məhkəmə ilə hədələdi














    Milli Məclisin 64 saylı Sabirabad ikinci seçki dairəsindən seçilmiş deputatı Rüstəm Xəlilov atasına heykəl qoyulması ilə bağlı yayılan xəbərlərə və Şamaxı rayon sakini Ağamikayıl Cəbrayılovun ittihamlarına münasibət bildirib.

    R.Xəlilov “Ölkə.Az”-a açıqlamasında deyib ki, heykəlin fotosunu yayan şəxs Şamaxı sakinidir:

    “Həmin adam Şamaxıda oturub bizim kəndə müdaxilə edir, cəfəngiyyat danışır. Onun söylədiyi fikirlərin hamısı iftira və yalandır. Birincisi, o heykəl deyil, büstdür. Atam sosialist əməyi qəhrəmanıdır, deputat olub. Sovet İttifaqı dövründə öz zəhməti və bacarığı hesabına xeyli sayda mükafat alıb. Ulu öndər Heydər Əliyev 7 dəfə bizim kəndimizdə olub, atamla xatirə fotoları var və sairə. İndi hansısa bir adam durub atam haqqında ağılına gələn cəfəng fikirlər səsləndirir. Mən həmin adama cavab verməyi belə özümə yaraşdırmıram”.

    Deputat qeyd edib ki, ona qarşı bu cür şər-böhtan xarakterli hərəkətlər davam etsə, məhkəməyə müraciət edəcək:

    “Hələ istəmirəm ki, məsələ ilə bağlı məhkəməyə müraciət edim. Ancaq belə davam etsə, məcbur olub məhkəməyə müraciət edəcəm. Şamaxıdan olan həmin adam bizə şər-böhtan atır. O adamın qardaşı bizim kənddə yaşayır və bizim nəsilimizi yaxşı tanıyır. Atamın rayonumuz üçün gördüyü faydalı işlər bütün Azərbaycana məlumdur”.

    Xatırladaq ki, Şamaxı rayon sakini Cəbrayılov Ağamikayıl Oruc oğlu deputat Rüstəm Xəlilov barədə ciddi ittihamlar irəli sürüb.

    O qeyd edib ki, deputat və qardaşı onun yaxın qohumlarına qarşı qərəzli olmaqla yanaşı, onları yaşadıqları kənddən sürgün etdirməyə çalışır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR