Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış sazişi tarixi nailiyyət kimi qiymətləndirib.
Dövlət başçısının sözlərinə görə, bu sənəd iki ölkə arasında uzun illər davam edən hərbi qarşıdurmaya son qoyaraq diplomatik münasibətlərin qurulmasına və möhkəm sülh əsasında əməkdaşlığın inkişafına imkan yaradıb.
Kasım-Jomart Tokayev hesab edir ki, belə bir razılaşmaya nail olunmasında ABŞ Prezidenti Donald Trampın qətiyyətli və səmərəli vasitəçilik missiyası mühüm rol oynayıb. O, Azərbaycan və Ermənistan liderlərini siyasi iradə nümayiş etdirməyə və strateji baxımdan uzaqgörən qərar qəbul etməyə razı sala bilib.
Qazaxıstan Prezidenti həmçinin vurğulayıb ki, ölkəsi də bu mühüm razılaşmanın əldə edilməsinə əhəmiyyətli töhfə verib. Bu məqsədlə Qazaxıstan, sülh sazişinin əsas şərtlərinə dair xarici işlər nazirləri səviyyəsində danışıqların aparılması üçün məkan olaraq Almatı şəhərini təklif edib. Nazir səviyyəsində görüşlər də məhz burada baş tutub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.