AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çoxşaxəli və misilsiz fəaliyyəti ilə böyük uğurlara imza atan Mehriban xanım

  • + A
  • - A
  • 2-08-2021, 21:45


    Mehriban Əliyeva: “Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.

    Elə şəxsiyyətlər var ki, onlar xeyirxah, nəcib əməlləri ilə özləri tarix yazırlar və adlarını tarixə qızıl hərflərlə yazdırmağı bacarırlar. Belə şəxsiyyətlərdən biri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Ziyalı ailəsində dünyaya göz açan, zaman keçdikcə ictimai-siyasi xadim kimi tanınan Mehriban xanımın çoxşaxəli fəaliyyəti istər müstəqil ölkəmizdə, istərsə də ölkə hüdudlarından kənarda böyük rəğbətlə qarşılanır. Mehriban xanımı uşaqdan böyüyə hər kəs sevir. Bəs, milyonların bu sevgisi nədən qaynaqlanır?

    Birincisi, sadəlik və səmimiyyət

    İkincisi, xeyirxah və nəcib əməllər

    Üçüncüsü, Vətənini, dövlətini, dövlətçiliyi, xalqını və işini sevmək

    Və nəhayət BÖYÜK ÜRƏK SAHİBİ olmaq.


    Əgər bir insan bu xüsusiyyətləri özündə daşıya bilirsə demək ki, o bütöv bir ŞƏXSİYYƏTDİR. Mehriban xanım Əliyeva da belə bir xüsusiyyətlərə sahib olan insanlardandır. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sadəlik, xeyirxahlıq simvoludur. Əhəmiyyətli layihələrə imza atan, ürəkləri fəth etməyi bacaran Mehriban xanım Əliyeva ölkə başçımız cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu işlərə öz töhfəsini verməkdədir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun respublikamızın mədəni, iqtisadi, sosial inkişafı ilə bağlı dövlət proqramlarına dəstək verərək həyata keçirdiyi layihələr hər bir soydaşımız tərəfindən böyük rəğbətlə qarşılanır. Onun böyük ürəyindən gələn yaxşılıq istəyi, xeyirxahlıq hissləri istər sadə vətəndaşlar, istərsə də siyasət, dövlət xadimləri tərəfindən yüksək qiymətləndirilir. “Heydər Əliyev” ordeni, Küveyt Dövlətinin Fəxri diplomu, “Qızıl ürək” beynəlxalq mükafatı, Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni, Fransa Respublikasının “Şərəf Legionu” ordeni və s. mükafatlarla təltif olunması onun misilsiz xidmətlərinə verilən qiymətdir.

    Respublikamızın həyatında əlamətdar hadisə

    Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlət başçımız Mehriban xanım haqqında bildirmişdir: “2004-cü ildən bu günə qədər Mehriban Əliyeva Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidentidir. Heydər Əliyev Fondu onun rəhbərliyi ilə nəinki Azərbaycanın, hesab edirəm ki, regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilmişdir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Fondun təşəbbüsü ilə bir çox önəmli layihələrə, proqramlara start verilmişdir”. Bu fikirlər ölkə rəhbərinin birinci xanımın fəaliyyətinə verdiyi ali dəyərin göstəricisidir. Prezident İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyevanın ölkəmizin ilk Birinci vitse-prezidenti təyin olunması respublikamızın həyatında əlamətdar bir hadisəyə çevrildi. Bu təyinat hər kəsin ürəyindən xəbər verdi və cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirildi. Çünki xalqın Ona böyük inamı, hörməti və rəğbəti var. Çoxşaxəli və misilsiz fəaliyyəti ilə böyük uğurlara imza atan Mehriban xanım hər zaman müstəqil Azərbaycanımızın daha da inkişaf etməsinə öz dəyərli töhfəsini verəcək.

    Anar Məcidzadə,
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR