Azərbaycan Televiziyasının istehsalı olan “Beşatılan” filmi düşmən üzərində tarixi Qələbəmizə həsr edilib. Filmin baş məsləhətçisi Qənirə Paşayeva, quruluşçu rejissoru Elçin Məmiyev, ssenari müəllifləri Xalq artisti Firudin Məhərrəmli, yazıçı-publisist Nurəddin Ədiloğlu və Qasım Kərimovdur. “Beşatılan”ın qəhrəmanları 5 cəsur dostur. Birinci Qarabağ müharibəsinin iştirakçıları olan bu cəsur dostlar yenidən birləşib Vətən müharibəsinə gedirlər. Bu 5 dost həm də şimallı, cənublu, şərqli, qərbli və əsas düçünən beyin paytaxt Bakı başda olmaqla bütöv Azərbaycan deməkdir. “Beşatılan”ın həm də simvolik mənası var, bu bizim keçmişimizin əks-sədası, həm də qisasıdır. Bildiyimiz kimi, 27 sentyabr Azərbaycanda Anım Günü kimi təqvimə salınıb. Anım günü ərəfəsində televiziyada yayımlanacaq “BEŞATILAN” filmi izləyin. “Beşatılan” Azərbaycanın ilk zəfər filmidir... Filmdə bir-birindən maraqlı və həyacanlı döyüş səhnələri ilə tanış olacaqsınız!