AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lerik rayonunun deputat qərargahında seçicilər ilə görüş keçirilib

  • + A
  • - A
  • 28-09-2021, 23:07


    28 sentyabr Lerik rayonunun deputat qərargahında seçicilər ilə görüş keçirilib.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Lerik rayonunun deputat qərargahında karantin qaydaları və sanitar-gigiyenik normalara uyğun olaraq Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev ilə birgə seçicilərlə görüşülüb.

    Belə ki, pandemiya qaydalarına uyğun fərdi qaydada seçicilərlə keçirilən görüşdə bir sıra problemlər dinlənilib və müraciətlər qeydə alınıb.

    Qeyd edək ki, görüşdə seçicilərin müraciətlərinə həssaslıqla yanaşılaraq, onların qaldırdıqları bir sıra sosial, məişət, humanitar xarakterli məsələlər üzrə müraciətlərin həlli ilə əlaqədar, aidiyyəti qurumlara məktublar ünvanlanlandırılıb.

    Bundan əlavə, bəzi vətəndaşlara müraciətləri ilə bağlı qanunvericiliyin tələblərinə uyğun izahlar verilib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR