AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan musiqi məktəblərinin direktorları pedaqoji kollektivlərə təqdim olunub - Foto

  • + A
  • - A
  • 30-09-2021, 08:25


    Yeni məktəb direktorları pedaqoji kollektivlərə təqdim olunub.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Masallı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərindəki rəhbər vəzifələrə yeni təyinatlar olub. Belə ki, İdarənin müvafiq əmrinə əsasən Fərhad İlqar oğlu Qurbanov Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin, Azər Ağamusa oğlu Əhədzadə isə Cəlilabad şəhər Uşaq İncəsənət Məktəbinin direktoru vəzifələrinə təyin olunublar. Sentyabrın 29-da İdarə rəhbərliyinin iştirakı ilə yeni direktorlar sözügedən təhsil müəssisələrinin pedaqoji kollektivlərinə təqdim olunub.

    Tədbir vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik ehtiramla yad edilməsi ilə başlayıb.
    Tədbirdə çıxış edən İdarə rəisi Bəxtiyar Qılıncov əvvəlcə yeni tədris ilinin başlanması münasibətilə təhsil müəssisələrinin müəllim və şagirdlərini, eləcə də məktəblərin yeni rəhbərlərini təbrik edib, onlara yeni tədris ilində uğurlar arzulayıb. Rəis sonra Nazirlik sistemində aparılan islahatlar və optimallaşdırma tədbirləri, müvafiq sahə üzrə yeni çağırışlar, prioritet vəzifələr barədə danışıb, hədəflərlə bağlı düşüncələrini tədbir iştirakçıları ilə bölüşüb.

    Sonra təhsil müəssisələrinin yeni rəhbərləri göstərilən etimada görə İdarə rəhbərliyinə minnətdarlıq edib, onlara bəslənən inamı doğruldacaqlarını bildiriblər.

    Qeyd edək ki, tədbir təhsil müəssisələrinin fəaliyyəti, əldə olunan uğurlar və çatışmazlıqların, həmçinin digər məsələlərin müzakirəsindən sonra yekunlaşıb.

    Ülkər Piriyeva









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR