AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Tarixi keçmişinə zərbə vuran özünə zərbə vurur..."

  • + A
  • - A
  • 9-10-2021, 16:30


    Ülvi Quliyev
    Milli Məclıisin deputatı


    İranın dini-hərbi rəhbərliyinin hədəylə dolu ritorikası səngimir. Təzad ondadır ki, İslam dəyərləri üzərində qurulan hazırki İran rejimi məscidlərimizi təhqir etmiş Ermənistana qardaş və dost deyir, amma onu həm də bu əməllərinə görə cəzalandıran Azərbaycanı təhdid edir. Bu cür davranışa yol verən bir ölkənin rəsmiləri nə qədər and-aman etsələr ki, islam ölkəsi olaraq dini dəyərlərimizə sadiqdirlər, buna heç kim, ilk növbədə, öz əhalisi inanmaz və inanmır. İran belə davranışına yalana söykənən müxtəliv motivlərlə don geyindirməyə çalışa bilər, amma onların uydurma olduğu o qədər ortadadır ki, buna nəinki İran əhalisi, nəinki böyük müsəlman dünyası, hətta xristian aləmi də inanmır...

    Prezident İlham Əliyev bugünkü İran təranələrinin ağ yalan olduğunu konkret arqumentlərlə və haqlı sualları ilə sübut etdi, qonşu və müsəlman İrandan dəlillər istədi. Dəlillər verilmir və verilməyəcək, çünki onlar mövcud deyil. Türklərin farslara da yaxşı məlum olan bir atalar deyimi var: “Yalan ayaq tutar, amma yeriməz”. Sual edilə bilər ki, tarixən incəliyi ilə fərqlənmiş fars diplomatiyası İran rejimi tərəfindən nədən gözardı edilir? Düşünmürəm ki,bu, sadəlövhlükdən, yaxud fars diplomatiyasının ənənələrinə nabələdlikdənk və ya biganəlikdən irəli gəlir. Məncə, bunun tək bir səbəbi var: bölgədə yaranmış yeni reallıqda İran öz yerini tapa bilmir, ortaya haqq etdiyindən daha böyük iddia qoymaq istəyir. Prezident İlham Əliyev iyunun 15-də, tarixi Şuşa Bəyannaməsinin imzalanma mərasimində belə bir açıqlama vermişdi: “Bu gün buradan-qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaqdır”. Bəlkə, İranın son günlərdəki davranışı həmin əks-sədanın kiçik tərkib hissəsisdir? Görəsən, əks-səda yaratmaq istəyində İran rəsmiləri dini dəyərlərimizi unudaraq, yalnız öz oyunlarınımı oynayırlar? Bəlkə, qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya gözlənilən növbəti səfəri çərçivəsində Şuşa Bəyannaməsinin daha da dərinləşəcəyindən, suveren hüquqlarımızın reallaşacağından narahatdırlar?

    İranda nahaq yerə unudurlar ki, müstəqil Azərbaycan dövləti, təsir və təzyiqlərə baxmayaraq, heç vaxt İrana qarşı kimlərinsə siyasi oyunlarında yer almayıb və indi də belə bir niyyəti yoxdur. Şuşa Bəyannaməsinin hədəfi də İran olmayıb və bu gün də deyil. Əgər İran İslam Respublikasında Azərbaycanın səmimi qonşuluq və səbrli davranışını kimlərsə zəiflik əlaməti kimi qəbul edirsə, növbəti dəfə özləri-özlərini aldadır. Əminəm ki, İran rəsmiləri və ziyalıları arasında Prezident İlham Əliyevin oktyabrın 4-də, Cəbrayılda səsləndirdiyi bu bəyanatın mahiyyətinə varanlar az deyil: “Bundan sonra da Azərbaycan öz xarici əlaqələrini və daxili işlərini bildiyi tərzdə planlaşdıracaq. Heç kim bizim işimizə burnunu soxmasın”.

    Tarixi həqiqətlər də unudulmamalıdır. Unudulmamalıdır ki, qonşu İranın ilk dini rəhbəri hakimiyyətə gəlməmişdən əvvəl bir müddət Fransada yerləşmişdisə, onu qardaş kimi qucaqlayan, sığınacaq verən, ilk növbədə, Türkiyə, qədim Bursa olmuşdu. Qardaşlığı və dindaşlığı dəyərləndirmək lazımdır. Ona zərbə vuran özünə zərbə vurur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR