AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda mini-futbol üzrə rayon birinciliyi qalibləri mükafatlandırılıb

  • + A
  • - A
  • 16-10-2021, 10:10



    Masallıda məktəblilər arasında keçirilən mini-futbol üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Masallı rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə “Viləş” mini futbol meydançasında torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunmuş, məktəblər arasında mini-futbol yarışı üzrə rayon birinciliyinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

    Koronavirus(COVİD-19) Pandemiyasına qarşı əsas müdafiə tədbirlərini nəzərə alaraq keçirilən, mükafatlandırma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Oktay Mütəllimov və Uşaq-Gənclər İdman Şahmat Məktəbinin direktoru Əlifağa Yaqubov çıxış edərək rayon birinciliyində qalib gəlmiş komandaları təbrik etmiş və məktəblilərə gələcək işlərində uğurlar arzulayıblar.

    Rayon birinciliyində qalib gəlmiş komandalar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif edilib.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR