Türkiyənin müdafiə naziri Hulusi Akar və amerikalı həmkarı Lloyd Ostin arasında telefon danışığı olub.
Bu barədə AzadMedia.az “Anadolu” agentliyinə istinadən xəbər verir.
Tərəflər regionda təhlükəsizlik mövzusunu və müdafiə sahəsində ikitərəfli əməkdaşlıq imkanlarını müzakirə ediblər.
“Hulusi Akar və Lloyd Ostin Türkiyə və ABŞ-ın strateji əlaqələrinin əhəmiyyətini qeyd edərək, bütün problemlərin tərəfdaşlıq və müttəfiqlik ruhunda həllinin zəruriliyini vurğulayıblar. Tərəflər bir daha əməkdaşlığın təşviq edilməsinin və iki ölkənin müdafiə sahəsindəki addımların sıx əlaqələndirilməsinin vacibliyini vurğulayıblar”, - Türkiyə Müdafiə Nazirliyindən bildirilib.
Hulusi Akar Lloyd Ostini Pentaqonun rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.