AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AK Partiya Millət vəkili İbrahim Aydemir - "Prezident İlham Əliyev Azərbaycan dövlətinin səsini dünya meridianlarında daha uca zirvələrə daşıdı" - Video - Özəl

  • + A
  • - A
  • 17-10-2021, 21:53



    "Prezident İlham Əliyevi hakimiyyətinin 18-ci ilində təbrik edirik, Cənab Əliyev Azərbaycan dövlətini dünya meridianlarında daha uca zirvələrə daşıdı". Bu sözləri Azadmedia.az-a açıqlamasında, Türkiyə Böyük Millət Məclisinin AK Partiya Erzurum Millət vəkili İbrahim Aydemir bildirib.


    Millət vəkili İbrahim Aydemir -
    "Cənab Prezidentimiz İlham Əliyevə və azərbaycanlı qardaş və bacılarımıza ürəkdən ən dərin duyğularımı, hörmət və ehtiramımı bildirərək öncəliklə Qarabağ Qələbəsinin 1-ci ildönümü münasibətilə təbrik edirəm. 30 illik həsrətdən sonra Qarabağı Ali Baş Komandanın rəhbərliyində Ana vətənə qovuşduran Azərbaycan ordusunun əsgərlərini – Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman üzvlərini təbrik edirəm."

    Millət vəkili - "Biz, Ulu Öndər Heydər Əliyevin zamanında dediyini bu gün və hər zaman deyəcəyik – Biz, tək millət, iki dövlətik. 2003-cü ildə Azərbaycan Respublikasının rəhbəri seçilən bir isim vardı – İlham Əliyev.

    Hazırda, Azərbaycan prezidenti İlham Əliyevdir, prezidentimiz. Bəli, Prezidentimiz deyirəm çünki Azərbaycan prezidenti bizim də prezidentimizdir. Cənab Əliyev 15 oktyabr 2003-ci ildən etibarən ölkə rəhbəri vəzifəsinə başladı, eynilə davam edir. Bununla bərabər dostluğumuz, qardaşlığımız, iki ölkənin birlikdə əməkdaşlığı, dünya siyasət arenasında bu iki ölkənin hər zaman birlikdə olduğunu göstərməsi, əlbəttə ki, prosesə xüsusi bir umpuls verdi." - Deyə qeyd edib.

    İ. Aydemir - "Bununla əlaqədar olaraq, cənab Əliyevi-prezidentimizi təbrik edirəm. 2003-cü ildən bəri Azərbaycan dövlətinin daha da inkişafı naminə çalışır. Ölkəsində göstərdiyi iradəli liderliyi ilə dünyada da Azərbaycan dövlətinin adını çox xüsusi yerlərə daşıdı. Cənab Əliyev Qarabağ Zəfəri ilə bərabər, 30 ilə yaxın Ermənistan işğalını sonlandırması təbii ki, Türkiyə Cumhuriyyəti dövləti ilə bərabər, bütün bunlarla dünyaya olduqca xüsusi mesajlar verdi. Buna görə də, Prezident İlham Əliyevi yenidən təbrik edirəm, vəzifə fəaliyyəti dövründə də nailiyyət arzu edirəm.

    Bu gün hamımız görürük ki, Qarabağın qədim yaşayış məskənləri yenidən inkişaf edir, yenidən dirçəldirlir, Türkiyə olaraq, yenidənqurma işlərində, azadlıq mübarizəsində olduğu kimi, həmişə qardaş Azərbaycanın yanındayıq, biz hər zaman birlikdə bölgənin sülh içində yaşadığımız bir bölgə olmasını istəyirik." - Deyə bildirib.

    Millət vəkili Aydemir onu da qeyd edib ki, "Beləliklə, Qarabağda həyat yenidən canlandı.
    Azərbaycan zəfərindən sonra işğaldan azad edilmiş ərazilərdə həyat normallaşır. İşğaldan azad edilən Qarabağ - bütün bölgələr dövlət tərəfindən yenidən qurulur, şəhərlər, kəndlər və qəsəbələr yenidən qurulur, inşallah, 1 milyona yaxın yerindən yurdundan edilmiş azərbaycanlı qardaş və bacılarımızın da geri dönüşü ilə bölgədəki həyat günü-gündən daha da canlanacaq.

    Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan dövlətinin səsi siyasi sabitliyi ilə, iqtisadi gücü ilə, sosial rifahı ilə, güclü ordusu ilə - tarixi Qarabağ Zəfəri ilə dünya meridianlarında daha ucadan eşidilməkdədir."

    Son olaraq sözlərini Cənab prezident Rəcəp Tayyip Erdoğanın sözləri ilə sonlandırmaq istəyən AK partiya Millət vəkili İbrahim Aydemir – “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü bizim gücümüzdür ". - Dedi.


    Hazırladı - Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR