AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“İranın gərginləşməsinin əsas səbəbləri həm də, İsrailin yaxınlaşdığını hiss etməsi, Cənubi Qafqazdakı dinamikanı dəyişə bilməməsidir” - Politoloq Ülkər Piriyeva

  • + A
  • - A
  • 19-10-2021, 17:25

    “İranın gərginləşməsinin əsas səbəbləri həm də, İsrailin yaxınlaşdığını hiss etməsi, Cənubi Qafqazdakı dinamikanı dəyişə bilməməsidir” - Politoloq Ülkər Piriyeva

    “Təqribən, 30 il ərzində Ermənistan İran ilə əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotik vasitələrin daşınması üçün istifadə edib.” Bu sözləri ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev, Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışı zamanı qeyd etdi.

    Politoloq Ülkər Piriyeva Azadmedia.az-a açıqlamasında “İranın gərginləşməsinin əsas səbəbləri arasında həm də “İsrailin yaxınlaşdığını hiss etməsi, Cənubi Qafqazdakı mövcud dinamikanı dəyişə bilməməsi”dir dedi.

    O vurğulayıb ki, ötən il Azərbaycan daha əvvəl Ermənistanın nəzarətində olan İran ilə 130 km-lik dövlət sərhəddi üzərində nəzarəti bərpa etdikdən sonra İrandan Azərbaycanın Cəbrayıl rayonu ərazisindən keçməklə Ermənistana, oradan da Avropaya narkotik vasitələrin daşınmasının yolunu kəsdi.
    Cənab Prezidentin qeyd etdiyi kimi, Çünki Azərbaycan-İran sərhədinin digər sahələrində ölkəmizin tutub saxladığı narkotikin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu o deməkdir ki, Ermənistan, təqribən, 30 il müddətində İranla əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib.
    Prezident İlham Əliyev İşğal dövründə dəfələrlə bəyan etmişdi ki, işğal altında olan ərazilər narkotik vasitələrin daşınması və beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilir. İndi bütün bunlar, artıq dünyaya sübut edilmiş faktdır.

    İran Xarici İşlər Nazirliyi isə, Azərbaycan Prezidentinin Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında İran barədə dediklərini qəti təkzib etdi.
    İran XİN-in sözçüsü Səid Xatibzadə mətbuata açıqlamasında bildirdi ki, bu cür media ittihamları yalnız İran və Azərbaycan xalqları arasındakı qardaşlıq münasibətlərinə təsir etmək üçün sionist rejimin maraqlarına uyğundur. O, İranın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mübarizədə aparıcı rolunu vurğulayaraq, son onilliklərdə bu dəhşətli fenomenlə mübarizədə minlərlə şəhid və yaralıların qurban verilməsinin İranın göstərdiyi davamlı səylərinin yalnız bir nümunəsi olaraq adlandırdı.

    Bununlada qalmadı, Ermənistanın baş naziri Paşinyanın reaksiyası da hər zamankı kimi öz yalanları ilə bəzədilmiş durumdaydı. Belə ki, MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edən Paşinyan qeyd etdi ki, Ermənistan və İran beynəlxalq narkotrafikə qarşı birgə mübarizə aparırlar. Hətda o, İran hüquq-mühafizə orqanları ilə çox sıx əməkdaşlıq etdiklərini və narkotrafikə qarşı effektiv mübarizə apardıqlarını, narkotik vasitələrin daşınması cəhdlərinin qarşısının alınmasına və müharibədən sonra 3-4 dəfə artan narkotik maddələrin həcminə dair rəqəmləri də təqdim edə bilərik kimi ifadələr işlətdi. Nikol Paşinyanın bu sözləri Sputnik.ru saytında iqtibas olunur.

    Bəli, son günlər Azərbaycanla İran arasında münasibətlərin gərginləşməsi müşahidə olunur, bu həm də, Azərbaycan bir hissəsi onun ərazisindən keçən Ermənistanın Gorus-Qafan yoluna nəzarəti bərpa etdikdən sonra oldu.

    Bu narazılıq İranın Azərbaycanla sərhəddə hərbi təlimlərə başlamasından və bunu bölgədə sionist təhlükəsi olması ilə izah etməsindən sonra daha da dərinləşdi.

    Bəs niyə İran 30 illik işğal dövründə bu hərbi təlimləri keçirmirdi?! II Qarabağ müharibəsi dövründə İranın sərgilədiyi mövqedən aydındır.

    İranla Azərbaycan arasında gərginlik hazırda yüksəkdir, lakin çox güman ki, fikrimcə, nə Bakı nə də Tehran son hadisələrin tam hüquqlu bir böhrana və ya müsəlmanların əksəriyyəti olan Şiə ölkələri arasında hərbi qarşıdurmaya səbəb olmasına icazə verməz. Əslində, davam edən İran-Azərbaycan gərginliyinin arxasında duran parçalanma daha çox Tehran və Bakının hər birinin etdikləri və geri dönmək ehtimalı olmayan əsas xarici siyasət seçimləri ilə də bağlıdır. Bu gün Azərbaycanın dünyəvi modeli İranın inqilabçı modeli ilə ziddiyyət təşkil edir. Azərbaycan, İranın ən yaxın müttəfiqləri olaraq İranı rəqib hesab etdiyi və Cənubi Qafqazda, İranın şimalında, İranın özünə cəhənnəm olaraq gördüyü iki ölkəni İsrail və qardaş Türkiyəni seçdi.

    Bir tərəfdən də, Türkiyə-Azərbaycan-İsrail tərəfdaşlığı, xüsusən Ankara və Qüdsün bir-birindən şübhə ilə yanaşması baxımından, çox çətindir. İranlılar buna baxmayaraq şimal sərhədlərində maraqların bu yaxınlaşmasından narahatdırlar. Hazırda Tehran Cənubi Qafqazdakı dinamikanı dəyişə bilmir.

    Digər tərəfdən isə, həm İran, həm də Azərbaycan üçün bu coğrafi rəqabət coğrafi, etnik, dini və tarixi yaxınlıq baxımından olduqca həssasdır. Bəlkə də, yaxın tarix bu problemi vurğulayır. Elə II Qarabağ müharibəsi dönəmində - Ermənistanın 30 ildir işğal etdiyi torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəmiz zamanı da, İranın rəsmi olaraq kənarda oturmaqdan başqa çarəsi olmadığı aydın idi. İran Cənubi Qafqazda gedən mövcud geosiyasi vəziyyətdən tamamilə kənarda tutuldu. İranın daxilində, etnik Azərbaycan millətçiliyi, sosial-iqtisadi şərtlər səbəbiylə mövcud qəzəblə birlikdə, İranın şimal əyalətlərində onu çox ağır vəziyyətdə qoyma təhlükəsi də yarada bilər.

    Belə ki, mövcud reallıq İranın xarici rəqiblərini itirmir. İsrail və Türkiyənin hər ikisi də İran Azərbaycanlılarını Tehrana qarşı səfərbər etmək istəyi olarsa İranın durumu heç şübhəsiz daha betər ola bilər.

    Bu gün İranın bütün bu gərginliyinin əsas səbəblərindən biri də İranın İsrailin yaxınlaşdığını hiss etməsidir.

    Qısacası, İranı qıcıq edən amillər sırasında həm də, Türkiyə və İsrail ilə Azərbaycan arasında olan münasibətlər dövlətlərarası qarşılıqlı maraq əsasında, heç bir neqativ təsir qarşısında sarsılmadan öz dinamikasında artan xətlə davam etməsidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR