AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda məktəblilər üçün maliyyə savadlılığı təlimlərinə start verilib

  • + A
  • - A
  • 20-10-2021, 08:48


    Masallıda məktəblilər üçün maliyyə savadlılığı təlimlərinə start verilib.
    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”ndə qalib olmuş “Məktəblilər arasında maliyyə savadlılığının artırılması” layihəsinə start verilib.

    Layihənin ilk tədbiri Masallı rayonunun Sığıncaq kənd tam orta məktəbində keçirilib.
    Tədbir öncəsi torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Giriş sözü ilə çıxış edən məktəbin direktoru Əhliman Əliyev bu kimi layihələrin müəllimlərin öz ideyalarını reallaşdırmağa və şagirdlərin inkişafına müsbət təsir etdiyini vurğulayıb.

    Sonra layihə rəhbəri Fərəc Cəfərov donor və layihə haqqında məlumat verib, layihənin şagirdlər arasında maliyyə bilgilərinin arıtırlmasına, pul vəsaitlərindən doğru istifadə edilməsinə, yığım vərdişlərinin formaşdıırlmasına müsbət təsir edəcəyini bildirib.
    Layihənin eksperti Nemət Əliyev bu kimi layihələrdən sonra şagirdlərin bilik və bacarıqlarında əhəmiyyətli müsbət dəyişikliklərin olacağını diqqətə çatdırıb, məktəblilərə uğurlar arzulayıb.

    Layihə üzrə təlimləri Almaniya Əmanətlər Bankının Maliyyə Savadlığı üzrə sertifikatlı təlimçisi Rafət Şirəliyev idarə edir.
    Məlumat üçün bildirək ki, layihə Masallı rayonunun 8 tam orta məktəbini əhatə edir. Ümumilikdə 200-dən çox şagirdin bu layihədən faydalanması planlaşdırılıb.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR