Torpaq, uğrunda ölən varsa, Vətəndir !
Nurlan Muradov – Masallı rayon Köhnə Zuvand kənd sakini, Vətən müharibəsi veteranı Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işlğal olunub. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilib. Qubadlı rayonu Azərbaycan Respublikasının cənub qərbində yerləşir. Səthi əsasən dağlıqdır. Erməni işğalı nəticəsində buradakı bütün yaşayış məntəqələri, infrastruktur obyektləri, məscidlər, tarixi abidələrimiz dağıdılıb.
Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşirdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki, düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbiçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi.
Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi. İlk növbədə, şəhərə hakim yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyata, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də də Azərbaycan Silahlı Qüvvəlıri şəhəri düşməndən təmizlədilər .
Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı.
Biz hərbçilərimizlə haqlı olaraq fəxr edirik və fəxr edəcəyik. Onlar əsl qəhrəmandırlar. Biz bütün xalqımızla fəxr edirik.
Torpaq, uğrunda ölən varsa, Vətəndir! Bu gün bizlərin qarşısında duran ümdə vəzifə, əcdadlarımızdan bizə miras qalan Azərbaycanımızın bir qarışını belə əskik olmadan yetişməkdə olan gələcək nəsillərə ötürməkdir.
Ülkər Piriyeva