AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yardımlı rayon Heydər Əliyev Mərkəzinin direktoru - “Geridə qalan müharibə və onun nəticələri..“

  • + A
  • - A
  • 20-10-2021, 10:02



    Geridə qalan müharibə və onun nəticələri..


    Aqil Ağayev - Yardımlı rayon Heydər Əliyev Mərkəzinin direktoru


    2020- ci ilin sentyabrında başlanan Vətən Müharibəsi artıq geridə qalıb, Azərbaycan həm hərbi, həm siyasi müstəvidə qələbə əldə edib, işğaldan azad olunmuş ərazilərdə bərpa işləri dinamik şəkildə davam etdirilir.
    Ötən ilin noyabrın 9 da imzalanan bəyanatın nəticəsi olaraq itki sayı azaldı. Müharibə itkisiz olmur.

    Məhz bu nüansın qarşısı alındı. Azərbaycan dövlətinin , xalqına, millətinə verdiyi dəyər bir daha sübut olundu.
    Müharibədən bu qədər müddət keçməsinə baxmayaraq Ermənistan hələ də mina xəritələrin vermir və bunun nəticəsi olaraq 150 nəfər yaralanıb və həlak olub.
    Azərbaycan qalib xalq,qalib dövlət olaraq bütün tərəfdaşlıqlara açıq bir ölkədir.

    "Qafqazın Xirosiması" adlandırılan Ağdam, ərazisində cəmi ikicə dənə bina salamat qalmış Cəbrayıl və bunların timsalında bir il əvvələ qədər işğal altında olan torpaqlarımızın hamısı erməni vandalizminin qurbanına çevrilib və Azərbaycan dövləti bu əraziləri tam sürətlə bərpa etməyə çalışır.

    Vətən müharibəsində biz həm torpaqlarımızı yağı əsarətindən xilas etdik, eyni zamanda bütün dünyaya sübut olundu ki, Azərbaycan dövləti tərəfindən deyilən bütün sözlər əməli ilə təsdiqini tapır, Azərbaycan ordusu dünyanın hərb tarixinə öz imzasını atmağı bacardı, ordumuz, əsgərimiz haqqında deyilən bütün miflər sona yetdi.



    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR