BÖYÜK QAYIDIŞ!!!
Aqil Ağayev
Yardımlı rayon Heydər Əliyev Mərkəzinin direktoruAzərbaycan torpaqlarının 20%-i 30 ilə yaxın erməni qəsbkarlarının istismarına məruz qaldı, insanlarımız qaçqın-köçkün həyatı yaşadı. Azərbaycan iqtisadi baxımdan gücləndikcə ilk olaraq orduya diqqət yetirildi, çünki müharibə şəraitində yaşayan bir dövlət olaraq ordumuz güclü, qüdrətli, yenilməz olmalı idi. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı olmasaydı, indi nə güclü ordudan, nə yenilməzlikdən, nədəki qürur duyduğumuz qələbədən söz aça bilərdik. Yürüdülən doğru-düzgün siyasətin nəticəsi olaraq Azərbaycan ordusu gücünü bütün dünyaya sübut etdi, Vətən müharibəsi qələbə ilə sonlandı. Müharibənin ilk həftəsindən yəni 03-04 oktyabr 2020-ci il tarixlərindən Suqovuşanın, Cəbrayılın azad edilməsi ürəyi vətən eşqi ilə döyünən Azərbaycan əsgərini daha da ruhlandırd, irəli getməyə sövq etdi və istənilən nəticəni əldə etdik: Azərbaycan Vətən müharibəsindən sonra Qalib Xalq, Azərbaycan əsgəri də əzmkar döyüşçü adını tarixə həkk etdi.
Starteji əhəmiyyəti olan Cəbrayıl rayonun ilk öncə işğaldan azad edilməsi böyük uğur idi, çünki düşmən bir neçə xətt üzrə istehkamlar yaratmışdı və bu istehkamları yarıb keçmək böyük qətiyyət tələb edirdi, bu da, Azərbaycan əsgərinin əlində çətin olmadı.
Müharibəni geridə qoyan Azərbaycan dövləti artıq sürətlə bərpa işlərini həyata keçirir. Cəbrayıl rayonunda istifadəyə verilən yarımstansiya, çəkilən 4-6 zolaqlı yol görülən bu işlərə sadəcə misaldır.
Xalqımızın tarxində artıq işğal günləri yox, bax ,elə Cəbrayıl rayonunun işğaldan azad olunduğu 04 oktyabr tarixi kimi şanlı tarixlər böyük qürur, fəxarət hissi ilə qeyd olunacaq.
Azərbaycan hərtərəfli, bütün sahələr üzrə qarşılıqlı əməkdaşlığı dəstəkləyən bu davranışa müsbət baxan və dediyi hər sözünü əməli ilə təsdqini edən bir dövlətdir.
Ülkər Piriyeva