"Gəncə terroru” mövzusunda anım tədbiri təşkil olunub.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Gəncə terroru nəticəsində şəhid olmuş insanların xatirəsinə həsr olunmuş “Gəncə terroru” mövzusunda anım tədbiri keçirilib.
Tədbirdən qabaq terror qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Masallı Gənclər Evi sosial xidmət müəssisəsinin metodisti Tural Sadıqov, Masallı Tarix Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva çıxış edərək konfrans iştirakçılarını salamlayaraq bildiriblər ki, "Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə törədilmiş terror aktı Xocalı soyqırımından sonra Azərbaycan xalqına qarşı həyata keçirilən yeni bir dəhşətli faciədir.
Xocalı soyqırımını törədən cinayətkarlar cəzasız qaldıqları üçün bu gün də qanlı terror aktları törədilir.ermənistanın mülki obyektlərə və yaşayış evlərinə raket hücumu Cenevrə Konvensiyasına və digər beynəlxalq sənədlərə ziddir. Azərbaycan gəncliyi bununla bağlı hərbi cinayətlər törətmiş erməni xuntasının və onun havadarlarının beynəlxalq hərbi tribunala çıxarılmasını tələb edir."
Tədbirin keçirilməsində əsas məqsəd ötən ilin oktyabr ayında Gəncə şəhərində baş verən terror hadisələrini ictimaiyyətin diqqətinə çatdırmaq, həlak olanların əziz xatirəsini yad etməkdən ibarətdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Ülkər Piriyeva