AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı Dövlət Rəsm Qalereyasında “Qələbəyə gedən yol" mövzusunda tədbir keçirilib - Foto

  • + A
  • - A
  • 1-10-2021, 23:07


    Masallı Dövlət Rəsm Qalereyasında “Qələbəyə gedən yol" mövzusunda tədbir keçirilib.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Oktyabrın 1-də Masallı Dövlət Rəsm Qalereyası və R.Tağıyev adına Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Qələbəyə gedən yol” mövzusunda tədbir keçirilib.

    Tədbirdə Muzeyin və “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin əməkdaşları, Masallı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın nümayəndəsi, Masallı Regional "ASAN xidmət" mərkəzinin könüllüləri və mədəniyyət işçiləri iştirak edib.

    İlk öncə, torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Qalereyanın direktoru vəzifəsini icra edən Təhmasib Məcidov qonaqları salamlayandan sonra çıxışında bildirib ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq cəbhə boyunca törədilmiş təxribatlara cavab verən ordumuz qısa müddətdə böyük qələbə qazandı.

    44 gün ərzində cəbhədə ağrılı anlar yaşayan əsgər və zabitlərimiz hərbi əməliyyatların davam etdiyi dövrdə yalnız qələbə amalı ilə döyüşdülər. Qeyd olunub ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında birləşən xalq və şanlı ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi. Möhkəm və sarsılmaz birlik Qələbə ilə nəticələndi və tariximizə qızıl hərflərlə yazıldı.

    Sonra Muzeyin direktoru Əntiqə Tağıyeva, "Masallı Gənclər Evi"nin əməkdaşı Fərid Hüseynov və jurnalist Mərhəmət Lələyev çıxışlarında bir il bundan öncə döyüşlərin intensivləşdiyi zaman ölkədə yaşanan çətin, həm də sevincli günlər barədə xatirələrini təzələyib, əsgər və zabitlərimizin canı-qanı sayəsində xalqımıza bəxş edilən tarixi Zəfərdən söhbət açıblar.

    Tədbirin sonunda qonaqlar Qalereyanın sərgi zalında yerli rəssamların müharibə mövzusunda işlənmiş rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR