AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəhid əsgər Röyad Famil oğlu Məmmədovun anım mərasimi

  • + A
  • - A
  • 9-11-2021, 13:39

    08 Noyabr 2021-ci il tarixdə Masallı rayonunun Mahmudavar kəndindən olan, 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Röyad Famil oğlu Məmmədovaun il mərasimi keçirilmişdir.

    Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov və Professor Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, kənd sakinləri və media nümayəndələri iştirak etmişlər.

    İcra başçısı cənab Ş.Məmmədov geniş nitqində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, Röyad və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığından söhbət açaraq qeyd etmişdir ki, Röyad, təkcə Familin yox, bütün Azərbaycanın, dünya Azərbaycanlılarının övladıdır. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün yenidən qurulan Masallı şəhər Qəhrəmanlar Parkındakının bu gün açılışı haqqında məlumat verən rayon rəhbəri buranının əsl ziyarətgah yerinə çevrilməsi üçün əməyini əsirgəməyən Milli Məclisin deputatı Məşhur Məmmədova minnətdarlıq ifadə etmiş, gələcəkdə buranın daha əzəmətli ziyarət yerinə çevrilməsini gənclərə tövsiyə edərək, burada Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamına əsasən şəhid ailələrinə təntənəli surətdə təqdim edilən medallar haqqında məlumat vermiş, 247 Masalılı şəhidin şərəfinə bu gün, Zəfər Günündə Göyəçöl kəndi ərazində əkilən ağacəkmə kompaniyasından danışmışdır.

    Qeyd edək ki, Röyad Məmmədov 2000-ci il oktyabr ayının 25-də Masallı rayonunun Mahmudavar kəndində anadan olmuşdur.
    İlk təhsilini Mahmudavar kənd tam orta məktəbində almağa başlamış və həmin məktəbi 2018-ci ildə bitirmiş və sonra Bakı şəhərində, Qərbi Kaspi Universitetinin nəzdində yaradılmış Qərbi Kaspi Kollecinə daxil olmuşdur.

    Bir ay təhsil aldıqdan sonra həqiqi hərbi xidmətə çağırılmışdır.

    Röyad 2018-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Tovuz rayonunda yerləşən «N» saylı hissədə müddətli həqiqi hərbi xidmətdə olmuşdur.

    Röyad Vətən müharibəsinin başlandığı ilk gündən isə döyüşlərə könüllü qatılmışdır.

    Azərbaycan Ordusunun əsgəri olan Röyad Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Şuşa uğrunda gedən döyüşlərdə vuruşmuşdur.

    Röyad noyabrın 8-də Laçından Şuşaya gedən yolu ələ keçirmək uğrunda döyüşlər zamanı şəhid olmuşdur.

    Doğulub boya-başa çatdığı Mahmudavar kəndində, 11 noyabr 2020-ci il tarixdə dəfn olunmuşdur.

    Subay idi...

    Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin əməkdaşı Mahmudavar kəndindən xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Vətən müharibəsinin şəhidi Röyad Məmmədov Azərbaycan Prezidenti cənab İlham Əliyevin 15, 25, 29 və 25 dekabr 2020-ci il tarixli sərəncamlarına əsasən ölümündən sonra «Vətən uğrunda», «Füzulinin azad olunmasına görə», «Xocavəndin azad olunmasına görə» və «Şuşanın azad olunmasına görə» medalları ilə təltif edilmişdir.

    Zəfər Günündə, şəhidin il mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Ş.Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Röyad Məmmədovun təltif olunduğu (ölümündən sonra) «Cəsur döyüşçü» medalı atası Famil Məmmədova təqdim etmişdir.
    Şəhid Röyad Məmmədovun ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Masallı rayonunun icra başçısına dərin minnətdarlığını bildirmişdir.
    İl mərasimində şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə təzə güllər düzülmüşdür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR