Masallı rayonunda Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 22 noyabr 2021-cü il tarixdə Masallı şəhəri Heydər Əliyev Mərkəzində Ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib.
Bayram tədbiri Ulu Öndər Heydər Əliyevin abidəsi önünə və şəhərin Qəhrəmanlar Parkında şəhidlərin abidəsi önünə gül dəstələrinin qoyulması ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov ədliyyə işçilərini peşə bayramı münasibəti ilə təbrik etmiş, Ümummilli Liderimiz Heydər Əliyevin ədliyyə sahəsinə göstərdiyi böyük diqqət və qayğının təzahürü olaraq 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin qəbulu günü – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edildiyini diqqətə çatdırmışdır.
İcra başçısı qeyd etmişdir ki, builki bayram ötən ay müstəqilliyimizin bərpa olunmasının 30 illiyi, cəmi bir neçə gün öncə isə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Vətən müharibəsində tarixi Qələbəsinin birinci ildönümü – Zəfər Günü qeyd olunub.
Xalqımızın bu möhtəşəm bayramları sanki bir-birini tamamlayır. Bu il Azərbaycan xalqı ilk dəfə dövlət müstəqilliyinin bərpası gününü öz ərazi bütövlüyünü “Dəmir Yumruq”la bərpa etmiş qalib xalq kimi qeyd edib.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən “Yeni həyat” qəzetinin əməkdaşı xəbər verir ki, tədbirdə məruzə ilə çıxış edən Masallı rayon Məhkəməsinin sədri Firdövsi Əliyev Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən tədbirlər və qazanılan nailiyyətlərin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə aparılan genişmiqyaslı işlərin real təzahürü olduğunu, dövlət başçısının rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin və məhkəmə-hüquq sisteminin mütərəqqi islahatlar aparılmaqla təkmilləşdiyini, səlahiyyətlərinin xeyli genişləndiyini, cəmiyyətdə yeri və rolunun əhəmiyyətli dərəcədə artdığını vurğulayıb, ədliyyə orqanlarının qanunun aliliyinin və insan hüquqlarının qorunmasında, şəffaflığın və ictimai iştirakçılığın təmin olunmasında mühüm fəaliyyətini qeyd edib, ədliyyə işçilərinə xoş arzularını çatdırıb.
F.Əliyev peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən ədliyyə işçilərinin dövlət başçısının ətrafında sıx birləşməklə bundan sonra da böyük səy və yüksək məsuliyyət hissi ilə çalışaraq xalqımıza şərəflə xidmət edəcəklərinə, ölkəmizin müasir inkişafına uyğun olaraq öz vəzifələrini hər zaman layiqincə yerinə yetirəcəklərinə əminlik ifadə edib.-Həmçinin cənab Prezidentin diqqəti nəticəsində respublikanın bir çox rayon və şəhərlərində yeni müasir məhkəmə binaları inşa edilir. Bunun bariz nümunəsi olaraq Masallı rayonunda inşa edilmiş Masallı Məhkəmə Kompleksini göstərmək olar,-deyə Masallı rayon Məhkəməsinin sədri Firdövsi Əliyev nitqində qeyd edib.
Tədbirdə Millət vəkilləri Anar İsgəndərov və Məşhur Məmmədov, Masallı Rayon Prokuroru Vəli Mustafayev, RPŞ-nin rəisi Azay Ağayev, Dövlət Təhlükəsizlik Xidməti rayon şöbəsinin rəisi Emin Süleymanov, SHXÇDX-nin rayon şöbəsinin rəisi Vəli Rzayev, vəkillər bürosunun üzvü Tofiq Şahmarov, YAP Masallı Rayon Təşkilatı sədrinin idarəedicisi Seyfəddin Əliyev, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, rayon Təhsil şöbəsinin müdiri Tariyel Əkbərov, rayon DAİM-in direktoru Seymur Nuriyev, rayon İdman və Gənclər İdarəsinin rəisi Sabiq Cahangirov, rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev və başqaları çıxış edərək əlamətdar gün münasibətilə ədliyyə işçilərini təıbrik etmişlər.
Tədbirin sonunda bir qrup ədliyyə işçilərinə Fəxri fərmanlar təqdim olunub.
Ülkər Piriyeva