Rusiya xarici işlər naziri Sergey Lavrovla erməni həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub.
Bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Söhbət zamanı tərəflər 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlar çərçivəsində tərəflərin üzərinə götürdüyü öhdəliklərin icrasını müzakirə ediblər.
Həmçinin, Qarabağ məsələsinin ATƏT-in Minsk qrupunun mandatı çərçivəsində müzakirəsinin vacibliyi qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.