Ermənistan ABŞ-ın “Demokratiya sammiti”ndə iştirak edəcək. Bu, o Ermənistandır ki, bir il əvvəl qəzəbli kütlə hökumət binasını ələ keçirmiş, dağıntılar törətmiş, küçədə ölkənin 3-cü şəxsini – həmin vaxt parlament spikeri olan Ararat Mirzoyanı linç etmişdi. Kütlə onu ayağının altına salaraq yarımcan etmişdi, o, möcüzə nəticəsində sağ qaldı – kəllə sümüyü bərk imiş, üzü isə qalın...
Azadmedia.az xəbər verir ki, bu sözləri tanınmış rusiyalı politoloq İqor Korotçenko qeyd edib.
O bildirib ki, Ermənistanı sammitdə Baş nazir Paşinyan təmsil edəcək:
“O Paşinyan ki, ötən il kütlənin onu Qəzzafi kimi parçalamaması üçün bir həftə Ermənistan Müdafiə Nazirliyinin yeraltı bunkerində gizlənmişdi.
Bax, “demokratiya” budur!”
Korotçenko həmçinin bildirib ki, Rusiya əleyhinə olan sammitdə Paşinyanın iştirakı gözlənilən idi:
“Xatırlayırsınızsa, mən demişdim ki, Paşinyana və onun komandasına inanmaq olmaz? Budur, təsdiqləndi!”