İqor Korotçenko, "Kremldə yaxşı başa düşürlər ki, Paşinyan, Rusiyanın dostu deyil"
AzadMedia.az xəbər verir ki, Rusiyanın "Natsionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenko, "əgər kütlələr və müxalifət Ermənistanın baş naziri Nikol Paşinyanı devirsələr, buna görə heç kim təəssüflənməyəcək" deyib.
Belə ki, o qeyd edib: "Kremldə yaxşı başa düşürlər ki, Paşinyan, yumşaq desək, Rusiyanın dostu deyil. Ona görə də, müharibədə məğlubiyyət nəticəsində Ermənistanda yaranacaq qaçılmaz siyasi boşluqda onu kütlələr və müxalifət devirsə, bu barədə heç kim təəssüflənməyəcək".