AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Uğurlu nəsillər yetişdirən əsl Pedaqoq idi, Əhməd müəllim!

  • + A
  • - A
  • 30-11-2021, 21:02


    Tarix boyu müəllim cəmiyyətdə sayılıb-seçilən insanlardan olub. Bu gün də müəllimlər cəmiyyətdə özlərinə layiq yer alıblar. Onlar öz vəzifələrinin məsuliyyətini, müqəddəsliyini dərk edir və gələcək nəslin cavabdehliyini öz çiyinləri üzərində daşımağa imza ataraq bu yolda heç bir çətinlikdən qorxmayan, zəhməti, fədakarlığı hesabına özünə inanan insanlardır.
    Belə insanlardan biri də təəssüf ki, dünyadan köçdü.. Əhməd müəllim!

    O əsl Müəllim idi..

    Əhməd müəllim sözün həqiqi manasında, əqidəli, əxlaqlı, mədəni bir ağsaqqal, hörmətli şəxsiyyət idi.


    Onunla yaxın münasibətlərimiz 2004-cü ildə I Yeddioymaq kənd tam orta məktəbinə direktor təyin edildikdən sonra başladı. Elə həmin vaxtdan bu günlərədək davam elədi. Tədris fəaliyyəti dönəmində o təhsildə şəffaflığı, paklığı təmin edirdi. Məktəbin pedeqoji heyətini intizama dəvət edərək həmkarları arasında heç vaxt fərq qoymurdu. Özüdə intizamı pozmurdu. İş yerinə erkəndən gələr, hər kəsdən sonra oranı tərk edərdi. Müəllimlərə halal əmək haqqı verər, prinsipi devizi isə bu idi - “İşləməyən dişləməz”.

    Bilirik ki, öyrədənlə öyrənən arasında əks-əlaqə prosesində təlim mədəniyyəti yaratmaq xüsusi qabiliyyətlər tələb edir. Bunun üçün müəllimdə didaktik, kommunikativ, təşkilatçılıq və s. qabiliyyətlərin olması mütləqdir. Əhməd müəllimdə bütün bu keyfiyyətlər yüksək səviyyədə özünü əks etdirirdi.

    O nümunəvi pedaqoq və rəhbər kimi hər zaman ətrafına örnək oldu.
    Uğurlu nəsillər yetişdirən əsl Pedaqoq idi, Əhməd müəllim!
    Hörmətli Millət vəkilimiz Məşhur Məmmədov 2003-cü ildə kənd məktəbinin acınacaqlı vəziyyətini diqqətə alaraq yeni məktəb binasının tikintisini lahiyələşdirib Təhsil Nazirliyinin rəsmi icazəsi ilə inşa işlərini başlatdı. Demək olar ki, 6 ay müddətində məktəb binası çox müasir formada tamamlandı və millət vəkili bunu həmyerlilərinə ərməğan etdi.

    Məşhur müəllim tikinti başlayarkən köhnə binanın görüntülərini almağı mənə həvalə etmişdi. Mən bilirdim ki, təqdirəlayiq bir fikri var. Onun tapşırığı əsnasında, məktəbin köhnə binasının görüntülərini müxtəlif rakurslardan aldım.

    Belə ki, məktəb binası istifadəyə hazır olduqdan sonra məktəbin inventarlarla təhcizatı tam şəkildə təmin olundu. Bununla yanaşı, yeni məktəb binasının da eyni qaydada görüntülərini aldım.

    Şəxsən foto montaj üçün lövhə hazırlatdı. Başlıq isə bu idi - “Məktəbin dünəni
    və bugünü.”

    Doğrusu, məktəbin açılışı möhtəşəm oldu. Ortaya çıxan görüntü həqiqətən də, kəndimizdə dillər əzbəri oldu.

    Hazırladığımız lövhədə köhnə və yeni bina arasındakı fəqli görüntü hər bir ziyarətçi tərəfindən həm təəccüb, həm də qürur hissi ilə qarşılanırdı.

    Elə təhvil-təslim proseslərindən qısa müddət sonra təhsildə uğurların daha da tərəqqisinə kömək məqsədilə, hörmətli millət vəkilimiz M.Məmmədov məktəbi öz himayəsinə götürdü.

    Eyni zamanda, fənn müəllimlərinin çatışmayan sahələrində ixtisasına görə tanınan müəllimlər məktəbə dəvət edilir və onların işləmələri üçün lazımi şərait yaradılırdı.

    Həmçinin M.Məmmədov kənardan dəvət edilən müəllimləri nəzərə alaraq şəxsi vəsaiti hesabına daim belə pedaqoqlarımızı diqqət mərkəzində saxlayırdı.

    Sözsüz ki, əsas məqsəd şagird və müəlim heyətini həvəslədirmək idi. Heç şübhəsiz, bu da lazım olan nəticəni verdi. Şagird və müəllimlər mütəmadi olaraq yarışa girirdilər. Əlbəttə ki, kim daha fərqli nəticə göstərəcək deyə..

    Elə adəti üzrə, tədris boyunca hər il bu ənənə, davam elədi. Bu minvalla, şagird kollektivi və müəllim heyəti yaxşı göstəricilərinə görə bayramlarda, il yekununda “yaxşı şagird” və “yaxşı müəllim” naminassiyalarında mükafatlandırılırdılar.

    Qeyd edim ki, tədbirlərin təşkilinə İcra Hakimiyyəti və Təhsil Şöbəsinin əməkdaşları, şagird və valideyinlər də cəlb edilirdi.

    Təyin olunmuş mükafat və hədiyyələri müəyyən olunmuş nominassiyalarda fərqlənən şagird və müəllimlər qazanırdı.

    Mükafatlandırma prosedurlarını Masallı Təhsil şöbəsində İnspektor işləyən II Yeddioymaq kənd sakini Hüseyn Hüseynovla bərabər tədbirləri təşkil edən Əhməd müəllim və müəllim heyəti ilə birlikdə icra edirdik.

    Xatırladım ki, mərhum Əhməd müəllim məktəbimizə rəhbər olduğu müddətdə bu ənənə hər daim davam edirdi.

    Atatürkün qeyd etdiyi kimi - “Müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!”
    Elə, Əhməd müəllim də özündən sonra neçə-neçə əsər qoyub getdi.. Ruhu şad olsun!

    Allah Əhməd müəllimə rəhmət eləsin, məkanı cənnət olsun!
















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR