Soçidəki "Üçtərəfli görüş"ü tarixi görüş adlandırmaq olar. Görüş, müharibədən sonrakı postmünaqişə dövrünün bir yekun vurma mərhələsi oldu.
Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Siyasi elmlər üzrə fəlsəfə doktoru, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Millət vəkili Aydın Mirzəzadə Azadmedia.az-ın redaktoru Ülkər Piriyevaya açıqlamasında deyib. Millət vəkili Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin noyabr ayında keçirilən üçtərəfli görüşünün əhəmiyyətini vurğulayıb.
Millət vəkilinin sözlərinə görə, Üçtərəfli görüşü tarixi görüş adlandırmaq olar –
“Görüş müharibədən sonrakı postmünaqişə dövrünün bir yekun vurma mərhələsi oldu. Ermənistan imzaladığı əvvəlki sənədlərin mahiyyətini təhrif etmək, Azərbaycana siyasi, bəzən isə hərbi təzyiq göstərmək yollarından çox istifadə etdi. Digər tərəfdən artıq tarixin arxivinə atılmış Dağlıq Qarabağ problemini reanimassiya etmək, onu Azərbaycanın üzərinə bir yük kimi qoymaq istədi. Amma gedişat onu göstərdi ki, bunların heç biri baş tutmayacaq və Azərbaycanın postmünaqişə dövründə problemlərin həllinə dair təklif variantları bugün kifayət qədər aktualdır."
"Azərbaycanın mövqeyi təkcə onun deyil, eyni zamanda regionun da maraqlarına xidmət edir."
Millət vəkili eyni zamanda qeyd edib ki, Ermənistanın Azərbaycanla münasibətləri normallaşdırmaq ideasından qaçması Ermənistanın ziyanına olar –
“Əhali köçür, iqtisadiyyatı çökür, bu gün Ermənistan bir çox problemlərin artıq təzyiqi altındadır. Digər tərəfdən, Ermənistanın noyabrın 14-ü, 16-da Kəlbəcər və Laçın tərəfdə törətdiyi hərbi təxribatlar Ermənistanın özünün ağır nəticələr əldə etməsinə səbəb oldu və Ermənistan Azərbaycanın haqq işini sözün əsl mənasında qəbul etməyə məcbur oldu. Nəhayət üç saatlıq görüşdən sonra Ermənistan rəhbərinə bütün məsələlər barəsində danışdıq. Əksəriyyəti haqqında razılığa gəldik. Ermənistan onu demək istəyir ki, azacıq da olsa, rasional düşünməyə başlayır.”
A.Mirzəzadə bildirib ki, Cənab prezident İlham Əliyevin Ermənistanın konstruktiv mövqe nümayiş etdirilməsi üzrə fikri hesab edirəm ki, bu görüşlərin nəticəsidir –“Görüş o nəticələrə gətirib çıxartdı ki, artıq tərəflər ikitərəfli münasibətləri normallaşdırmaq yoluna qədəm qoyurlar. Bu kommunikasiyaların açılması ilə bağlı üçtərəfli komissiyanın fəaliyyətini artıq aktivləşdirmək və bu yaxınlarda Moskvada görüş olacaq və ilk dəfə olaraq demarkasiya ilə bağlı Azərbaycan-Ermənistan birgə komissiyası yaradılır, ilk dəfədir ki, Azərbaycan və Ermənistan birbaşa kontaktda olacaqlar, üçüncü tərəf olmadan. Yəni bunlar hamısı ona gətirib çıxardacaq ki, artıq regionda gözlənilən sülhün kövrək də olsa bünövrəsini qoymaq mümkün olacaq. Sonrakı addımlar Ermənistandan asılıdır. Daha doğrusu atacağı addımlar Ermənistanın problemlərini həll etmək, regionda öz yerini tutmaq imkanlarını dəyərləndirəcək.”
"Sonrakı addımlar Ermənistandan asılıdır."
Millət vəkili həmçinin vurğulayıb ki, Azərbaycan Ermənistan olmadan da öz problemlərini həll edib və bundan sonra da həll etmək gücündədir -"Sərhədlərin demarkasiyasından sonra artıq iqtisadi, humanitar əlaqələrə keçmək olar."
“Ümid etmək istəyərdik ki, Ermənistan rəhbərliyi, Ermənistan cəmiyyəti Azərbaycan və Türkiyə ilə münasibətləri qiymətləndirəcək. Sərhədlərin demarkasiyasından sonra artıq iqtisadi, humanitar əlaqələrə keçmək olar, niyə məsələn Azərbaycan din xadimləri Yerevandakı Göy məscidə, Ermənistan din xadimləri Bakıdakı erməni kilsəsinə ziyarətə gəlməsinlər? Nəyə görə, Azərbaycan və Ermənistan rəsmiləri artıq birbaşa özləri, vasitəçi olmadan özləri görüşməsin? Hər halda, bu bizim arzularımızdır. Üçtərəfli görüş onu göstərdi ki, Azərbaycanın uzaqgörənliyi öz yerini tapır. Bu Azərbaycan diplomatiyasının qələbəsidir. Bu şəxsən, Azərbaycan prezidenti cənab İlham Əliyevin diplomatiyasının uğurudur. Azərbaycanın verdiyi təkliflər, cənab prezidentimizin israrla ortaya qoyduğu mehriban qonşuluqlar barəsində təklifləri, hesab edirəm ki, bundan sonra reallaşacaq və regionda çoxdan gözlənilən stabillik və sülh təmin ediləcək.”