AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təyyarədəki heyət paradda Türkiyənin F-16 təyyarələrinə texniki xidmət göstərən şəxslər olub

  • + A
  • - A
  • Bu gün, 01:18

    Təyyarədəki heyət paradda Türkiyənin F-16 təyyarələrinə texniki xidmət göstərən şəxslər olub

    Təyyarədəki heyət noyabrın 8-də Bakıda keçirilən hərbi paradda iştirak edən Türkiyənin F-16 təyyarələrinə texniki xidmət göstərən şəxslər olub.

    Onlar təyyarəyə minməzdən əvvəl hava limanının təhlükəsizlik qaydalarına uyğun, ən xırda detallarına kimi bütün prosedurlardan və yoxlamadan keçiblər. Bu proses hava limanının təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb.

    Təyyarənin içərisində heç bir partlayıcı maddə və ya qurğu olmayıb, yalnız F-16 təyyarələrinin ehtiyat hissələri olub

    Məlumata görə, qəzaya uğramış təyyarə uzun müddətdir istismardadır. Təyyarə sonuncu dəfə 2020-ci ildə əsaslı təmir olunub.

    İlkin müşahidələr onu deməyə əsas verir ki, təyyarənin korpusunda hər hansı kənar təsir izi yoxdur. Məlumat üçün qeyd edək ki, Azərbaycana məxsus “Embrayer-190” təyyarəsi ötən il dekabrın 25-də qəzaya uğradıqdan sonra ilk baxış təyyarənin fyuzelyajında kənar təsir nəticəsində əmələ gəlmiş çoxsaylı deşiklərin olduğunu aydın göstərmişdi.

    Bu da təyyarənin vurulması versiyasının əsas kimi götürülməsinə səbəb olmuşdu.

    Buna görə də C-130-un korpusunda kənar təsir elementlərinin olmaması onun vurulma ehtimalını istisna edir. Hətta təyyarənin içərisində partlayıcı maddə və ya qurğunun olması və partlaması ehtimalını götürsək belə, qəzaya uğramış təyyarənin korpusunda mütləq şəkildə partlayışın izləri olmalıydı.

    APA


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR