AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonu Banbaşı kənd məktəbi STEAM Azerbaijan Festivalında

  • + A
  • - A
  • 6-12-2021, 13:26

    Masallı rayonu Banbaşı kənd məktəbi STEAM Azerbaijan Festivalında

    STEAM Azerbaijan Festivalında Masallı məktəbliləri..

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Masallı rayonu Banbaşı kənd C.Qasımov adına tam orta məktəbi STEAM Azerbaijan Festival 2021 festivalının final turunda.

    Azərbaycan Respublikası Təshil Nazirliyinin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində ölkənin 6-11-ci sinif şagirdləri üçün ilk dəfə olaraq 9-10 dekabr 2021-ci il tarixlərdə Baku Expo Mərkəzində keçiriləcək SAF 2021 (STEAM Azerbaijan Festival) festivalının final turuna Masallı rayon Banbaşı kənd C.Qasımov adına tam orta məktəbin VI sinif şagirdləri Əzizov Tərlan Rizvan oğlu, Əzizov Barış Rövşən oğlu və VII sinif şagirdləri İsrafilov Əhməd Kahin oğlu, Ağayev Yadulla Eldar oğlu 3D CAD kateqoriyası ilə qatılıblar.

    Qeyd edək ki, STEAM Azərbaycan Festivalında 10 kateqoriya üzrə yarışlar təşkil olunacaq. Yarışların keçirilməsində əsas məqsəd keçirildiyi müddət ərzində müxtəlif ideyaların reallaşdırılması, fərqli həll yollarının araşdırılması, istedadlı şagirdlərin üzə çıxarılması, biliklərin və bacarıqların qazanılması, təhsilalanların yeni əməkdaşlıqları üçün şərait yaratmaqdır.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR