AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı Gənclər Evi "Geri Dönən Qarabağ" mövzusunda inşa müsabiqəsinin qaliblərini mükafatlandırıb - Fotolar

  • + A
  • - A
  • 5-11-2021, 16:05




    "Geri Dönən Qarabağ" mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.

    Azadmedia.az-ın cənub bürosunhn məlumatına görə, 04.11. 2021-ci tarixində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə keçirilmiş 44 günlük Vətən Müharibəsinə həsr olunmuş "Geri Dönən Qarabağ" mövzusunda X,XI sinif şagirdləri arasında inşa-yazı müsabiqəsinə yekun vurulub.

    Belə ki, müsabiqənin yekun nəticəsinə əsasən S.Rzayev adına Böyük Kolatan kənd tam orta məktəbinin XI sinif şagirdi Ağazadə Amin Nəzər oğlu birinci yerə, E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbininin XI sinif şagirdi Ağayeva Aygün Sadiq qızı ikinci yerə, S.Rzayev adına Böyük Kolatan kənd tam orta məktəbinin XI sinif şagirdi Əliyev Əlizamin Xəzail oğlu üçüncü yerə layiq görülüblər.



    Müsabiqədə qalib gəlmiş şagirdlər Masallı Gənclər Evi sosial xidmət müəssisəsi tərəfindən diplom və hədiyyələrlə mükafatladırılıb.

    Xatırladaq ki, Müsabiqənin keçirilməsində məqsəd ölkənin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqinin aparılması, Azərbaycan Ordusunun tarixi qələbəsi barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, habelə Zəfər Gününün ölkənin təhsil müəssisələrində yüksək səviyyədə qeyd olunmasını təmin etməkdən ibarətdir.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR