Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 12 dekabr 2021-ci il tarixdə Masallı rayonunda Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, YAP Masallı Rayon Təşkilatının sədri və fəalları, Milli Məclisin deputatı Məşhur Məmmədovun köməkçiləri Mirnizam Vahabov, Rəmzi Şahverdiyev, Masallı rayon Təhsil Fondunun rəhbəri Hacı Hekayət Nəzərov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, və s. iştirak ediblər.
Belə ki, Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Masallı rayonu Heydər Əliyev mərkəzinin önündəki Ulu Öndərin büstü ziyarət olunub, önünə əklil və gül dəstələri qoyulub, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov dahi rəhbər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, ölkəyə rəhbərlik etdiyi dövrdə gördüyü işlərdən, müstəqil Azərbaycan Respublikasının yaranmasında göstərdiyi əvəzsiz xidmətlərindən danışıb.
İcra başçısı Ş.Məmmədov eyni zamanda, Ümummilli liderin hər bir Azərbaycan gənci üçün örnək olan Vətənə, xalqa həsr olunmuş mənalı ömür yolu barədə bir daha ətraflı məlumat verərək ordu quruculuğundakı müstəsna xidmətləri barədə danışıb.
Həmçinin qürurla qeyd edilib ki, Dəmir Yumruq əməliyyatı ilə başlanan Vətən müharibəsində xalqımızın birliyi, ordumuzun qalibiyyət yürüşü və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində qazanılan möhtəşəm Zəfər məhz, Ulu Öndərimizin Ata vəsiyyətinin arzularının həyata keçdiyi tarixi hadisədir.
Qeyd edək ki, Masallı rayon anım tədbirində Azadmedia.az-ın cənub bürosu rəhbərliyi Rəmzi Şahverdiyev iştirak edib.Allah Ulu Öndərə rəhmət eləsin!