AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib

  • + A
  • - A
  • 16-12-2021, 08:27



    Azadmedia.az xəbər verir ki, Cari ilin dekabr ayının 14-də Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova və Teatr sektorunun müdiri Könül Cəfərova Azərbaycan Dövlət Pantomima Teatrının kollektivi ilə görüşüb.

    Görüş zamanı teatrın repertuarı, yaradıcı mühit, kollektivin pandemiya və postpandemiya dövründəki fəaliyyəti müzakirə olunub, teatrın binasına baxış keçirilib. Nazirin birinci müavini E.Əliyev teatrın texniki təchizat problemləri və binanın vəziyyəti ilə yerində tanış olub.

    Nazirlik rəsmiləri Azərbaycan Dövlət Pantomima Teatrının milli teatr prosesindəki rolundan danışıb, onun əhəmiyyətini qeyd edib, yaradıcılıq fəaliyyətini qiymətləndirərək, kollektivə uğurlar arzulayıb, bundan sonra da kollektivə zəruri dəstəyin göstəriləcəyini qeyd ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR