AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət Kukla Teatrının baş rəssamı İqbal Əliyev beynəlxalq teatr forumunda iştirak edir

  • + A
  • - A
  • 1-12-2021, 10:26

    Dövlət Kukla Teatrının baş rəssamı İqbal Əliyev beynəlxalq teatr forumunda iştirak edir

    Dövlət Kukla Teatrının baş rəssamı beynəlxalq teatr tədbirində
    Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rəssamı İqbal Əliyev beynəlxalq teatr forumunda iştirak edir.
    Xəbər verdiyimiz kimi, noyabrın 28-dən dekabrın 7-dək Özbəkistan Respublikasının Daşkənd şəhərində “MDB, Baltikyanı ölkələr və Gürcüstanın IV Gənclər Teatr Forumu” keçirilir.
    Forumun maarifləndirici proqramında Azərbaycanı teatr truppası ilə yanaşı teatr rəssamları, dramaturqlar, tənqidçilərdən ibarət qrup da təmsil edir.
    Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü ilə tədbirə qatılan İqbal Əliyev bu müddət ərzində orada müxtəlif proqramlarda, sərgilərdə iştirak edir, rəssamı olduğu tamaşaların eskiz və kuklalarını nümayiş etdirir, spesifik sahə ilə bağlı təcrübə mübadiləsində, sərgidə təmsilçisi olduğu teatrın fəaliyyəti barədə ətraflı bilgilər verir.
    O, eyni zamanda, forum çərçivəsində mühazirələrə, ustad dərslərinə də qatılır və komanda halında təşkil edilən maarifləndirici proqramlarda öz təcrübəsini dünyanın müxtəlif ölkələrindən olan həmkarları ilə bölüşür.
    Onu da qeyd edək ki, teatrın istedadlı baş rəssamı forum iştirakçıları olan rəssamlarla birgə təklif olunan tamaşalara esgizlər də hazırlayacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR