Eskişehir Azərbaycanlıları Dərnəyinin bu həftə keçirdiyi Çərşənbə Söhbətinə qonaq olan Hasan Ayvalı “Emosional zəka” mövzusunda təqdimat edib.
Azadmedia.az Türkiyə Eskişehir bürosu xəbər verir ki, təqdimatda insan emosiyalarının səbəbləri izah edilib.
Təqdimat zamanı insanda iki əsas duyğunun olduğu deyilib - Bunların yaşamaq instinkti və çoxalma hissi olduğu vurğulanıb. O, çıxışı zamanı bildirib ki, emosiyalar insanları idarə edir, lakin zaman keçdikcə insanlar emosiyaları idarə edirlər. Əslində, bütün duyğuların əsası insanın özünü, yəni öz duyğularını dərk etmək, başqalarının hissləri ilə empatiya qurmaq, öz duyğularını həyatını zənginləşdirəcək şəkildə tənzimləmək səlahiyyətinə malik olmasından irəli gəlir.
Bildirilib ki, istənilən halda insan öz emosiyalarını müsbət istiqamətdə dəyişməyə çalışmalı və hər zaman özünü müsbət yöndə motivasiya etməlidir.
Tədbirin sonunda dəyərli məlumatlar paylaşdığına görə Həsən bəyə təşəkkürnamə təqdim edilib.
Eskişehir Azerbaycanlılar Derneği Layihə koordinatoru Bəxtiyar QARAYEV