AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonu Ərəb kəndində Şəhid Masim Qurbanovun xatirəsinə inşa edilən bulağın açılışı olub - FOTO

  • + A
  • - A
  • 11-01-2022, 07:44



    Masallı rayonunda Şəhidin xatirəsinə inşa edilən bulağın açılışı olub.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 10 yanvar 2022-ci il tarixdə Masallı rayonu Ərəb kəndində şəhid Masim Qurbanovun adına tikilən bulağın açılış mərasimi olub.

    Abidə-bulaq kompleksində eyni zamanda, I Qarabağ və Vətən müharibələrində şəhidlik zirvəsinə ucalmış, Ərəb kəndindən olan qəhrəman oğulların xatirə lövhələri yerləşdirilib.

    Tədbir başlamazdan əvvəl canlı orkestr ilə Azərbaycanın dövlət himni ifa olunub, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Belə ki, açılış mərasiminə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Millət vəkili Məşhur Məmmədov və köməkçiləri, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX-nin rayon şöbəsi, şəhid ailələri, qazilər, kənd sakinləri və media nümayəndələri iştirak ediblər.

    Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və şəhidin atası,
    Birinci Qarabağ müharibəsi döyüşlərinin iştirakçısı olmuş Hafiz Qurbanov və başqaları tədbirdə çıxış edərək ötən il sentyabrın 27-də başlanan və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbənin tarixi əhəmiyyətindən, bu kənddən olan şəhidlərin, şəxsən şəhid Masim Qurbanovun döyüşçü kimi Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonlarının azad olunmasında fəal iştirak edən və düşmənlə üz-üzə gələrək onların ağır itki verməsində xüsusi rolu olduğunu vurğulayıb, Masimin sonuncu dəfə Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gəldiyini, şəhidlik zirvəsinə ucaldığını qeyd ediblər.-Lazım gəlsə mən də övladım Masim kimi torpaqlarılmızın azad olunmasnda hazıram,-deyə şəhid əsgər Masim Qurbanovun atası Hafiz söyləyib.

    Millət vəkili Məşhur Məmmədov qeyd edib ki, hər birimiz şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyir, əzəli və əbədi torpağımız olan Qarabağın işğaldan azad olunmasında canlarını fəda etmiş şəhidlərimizin ailələrinə səbr diləyirik. Azərbaycan xalqı igid oğul və qızlarının şücaətini hər zaman yüksək qiymətləndirir, şəhidlərimizin xatirəsini əziz tutur. Millət vəkili həmçinin bildirib ki, ölkəmizdə Vətənimizin müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı yüksək səviyyədədir. Cənab Prezident İlham Əliyevin və I vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən, dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, eyni zamanda onları narahat edən məsələlərin aradan qaldırılması üçün mütəmadi tədbirlər həyata keçirilir.

    Şəhidin yaxınları və kənd sakinləri Masim Qurbanovla və bütün şəhidlərimizlə, qazilərimizlə fəxr etdiklərini, qürur duyduqlarını söyləyiblər.

    Şəhidlərin ailə üzvləri, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və I vitse-prezident Mehriban xanım Əliyevaya, Masallı rayonunun icra başçısına və millət vəkili Məşhur Məmmədova minnətdarlıqlarını bildiriblər.

    Tədbir iştirakçıları, şəhidlik zirvəsinə ucalmış qəhrəmanların abidə-bulaq kompleksini ziyarət edərək onların ruhlarına dualar oxuyublar.

    Qeyd edək ki, Masim Qurbanov 7 yanvar 2001-ci ildə rayonun Ərəb kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə gedib. 2019-cu ilin yanvar ayında Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrinin birində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra könüllü olaraq Vətən müharibəsinə yollanıb..
    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

    Ülkər Piriyeva




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR