ATƏT-dən Bakı və İrəvana çağırış
ATƏT Bakı və İrəvanı güc tətbiq etməkdən çəkinməyə və dialoqa başlamağa çağırır.
Azadmedia.az xəbər verir ki, bunu Polşanın ATƏT-dəki daimi nümayəndəliyinin ikinci katibi Bartoş Kempinski deyib.
Belə ki, “Biz Cənubi Qafqazdakı vəziyyəti diqqətlə izləyirik. Azərbaycan və Ermənistanı güc tətbiq etməkdən çəkinməyə və problemin həlli üçün dialoqa başlamağa çağırırıq. Polşa ATƏT-in fəaliyyətdə olan sədri kimi regionda sülhün və davamlı inkişafın təmin edilməsi istiqamətində səyləri yeniləmək və gücləndirmək üçün tərəfdaşlarla işləmək niyyətindədir”, - Kempinski bildirib.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR