AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Almaniya aeroportlarında dronlara qarşı müdafiə sistemləri quraşdırılır

  • + A
  • - A
  • Bu gün, 17:58

    Almaniya aeroportlarında dronlara qarşı müdafiə sistemləri quraşdırılır


    Almaniya aeroportlarında dronlara qarşı müdafiə sistemləri quraşdırılır

    Almaniyanın səkkiz ən böyük hava limanında pilotsuz uçuş aparatlarına (PUA) qarşı yeni müdafiə sistemləri təcili şəkildə quraşdırılır

    “Deutsche Welle”nin məlumatına görə, söhbət Frankfurt, Berlin, Münhen, Düsseldorf, Ştutqart, Hamburq, Leypsiq və Köln hava limanlarından gedir. Bu barədə Almaniya Hava Limanları Assosiasiyası (BDL) məlumat yayıb.

    BDL rəhbəri Yoaxim Lanq bildirib ki, Almaniyanın ən böyük hava limanı olan Frankfurt hava limanında dronlara qarşı müdafiə sistemi artıq istifadəyə verilib.

    Onun sözlərinə görə, dronlarla bağlı baş verən insidentlərdən sonra Berlin hakimiyyəti bir il ərzində müvafiq qərarlar qəbul edib və sistemlərin alınması prosesinə başlayıb. Lanq bu prosesi “nisbətən sürətli” adlandırıb.

    “Digər Avropa ölkələri ilə müqayisədə yaxşı səviyyədəyik”, – deyə BDL rəhbəri qeyd edib.

    Lanq həmçinin Leypsiq-Halle hava limanında baş verən son dron insidentinə diqqət çəkib. O bildirib ki, bu hadisə hava limanlarında belə müdafiə sistemlərinin nə qədər təcili tələb olunduğunu açıq şəkildə göstərir.

    BDL rəhbərinin sözlərinə görə, ilin sonunadək səkkiz hava limanının əksəriyyətində yeni dron əleyhinə sistemlərin istifadəyə verilməsi gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR