AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SON DƏQİQƏ! Qazaxıstanda komendant saatına görə ata, ana və qızları güllələndi -DƏHŞƏT

  • + A
  • - A
  • 13-01-2022, 20:28


    Üç nəfərdən ibarət ailə Almatı vilayətinin mərkəzində - Taldı-Kurqan şəhərində qonaqlıqdan evə qayıdarkən avtomobildə güllələnib. Öldürmək üçün açılan atəşin qurbanları ailə başçısı Nurbolat Seyitkulov, həyat yoldaşı Altınay Etayeva və 15 yaşlı qızı Nuray olub.

    Bu barədə Qazaxıstanın “Express K” nəşri məlumat yayıb.

    Ailənin qohumlarından birinin dediyinə görə, faciəli olay şəhərdə komendant saatı tətbiq olunan ilk gün axşam saat təxminən 20:30 radələrində baş verib. Bu zaman artıq komendant saatı qüvvədə olub. Lakin ailə axşam saat 20:00-dan komendant saatının qüvvəyə minəcəyindən xəbərsiz imiş. Dəfn mərasiminə toplaşanlar da axşam saat 8-dən etibarən komendant saatının tətbiq edildiyindən xəbərsiz olduqlarını deyirlər.

    "Maşının şüşələri tünd rəngdə olmayıb və hərbçilər salonda uşaq olduğunu görməli idi",- ailənin yaxınları belə deyir. Avtomatın ardıcıl atəşi yeniyetmə qızın üzünə yönəlib.

    Nurbolat zavodda işləyir, Altınay evdar qadın idi, Nuray isə məktəbdə oxuyurdu...

    Dünən - yanvarın 12-dən Almatı vilayətində komendant saatı dəyişdirilib və indi saat 23:00-da başlayacaq. Əvvəllər şəhərdə hərəkətə məhdudiyyətlər axşam saat 8-dən səhər saat 7-yə kimi qüvvədə olub.moderator.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR