Masallıda “Şəxsi İnkişaf və Motivasiyanın Psixologiyası” mövzusunda seminar təşkil olunub.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə,
“Masallı Gənclər Evi” sosial xidmət müəssisənin təşkilatçılığı və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin iştirakı ilə “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsində “Şəxsi İnkişaf və Motivasiyanın Psixologiyası” mövzusunda seminar keçirilib.
Belə ku, tədbirə başlamazdan əvvəl 44 günlük Vətən Müharibəsi zamanı canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin Təlimçisi Ramal Şükürov qeyd edilən mövzular barəsində öz fikirlərini Gənclərlə bölüşüb.
Qeyd edək ki, sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.