AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı Gənclər Evində "12 noyabr-Konstitusiya Günü" ilə əlaqədar "Hüquqlarını bil" mövzusunda seminar keçirilib - Foto

  • + A
  • - A
  • 12-11-2021, 23:55



    "12 noyabr-Konstitusiya Günü" ilə əlaqədar "Hüquqlarını bil" mövzusunda seminar təşkil olunub.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 12 Noyabr 2021-ci il tarixdə Masallı Gənclər Evi sosial xidmət müəssisənin təşkilatçılığı və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin iştirakı ilə Masallı Gənclər Evi sosial xidmət müəssisəsində "12 noyabr-Konstitusiya Günü" ilə əlaqədar "Hüquqlarını bil" mövzusunda seminar keçirilib.

    Əvvəlcə tədbirdə 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
    Tədbiri giriş sözü ilə Masallı Gənclər Evi sosial xidmət müəssisəsinin metodisti Tural Sadıqov açaraq, 1995-ci il noyabrın 12-də Azərbaycan xalqının referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdiyini və bu Konstitusiyanın müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli Konstitusiyası olduğunu, ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaratdığını qeyd etdi. Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkədə bütün sahələrdə yaşanan xaosdan, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmək üçün xalqın hakimiyyətə dəvət etdiyi ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı.

    Tədbirdə çıxış edən Masallı Gənclər Evi sosial xidmət müəssisəsinin psixoloqu və təlimçisi Ramal Şükürov bildirdi ki, 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi.

    Keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir.

    Sonda gənclərin mövzu ilə bağlı çoxsaylı sualları cavablandırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR