Azadmedia.az-a Mədəniyyət Nazirliyindən verilən məlumata görə, 26 yanvar 2022-ci il tarixində Misir Ərəb Respublikasının Qahirə şəhərində 53-cü Qahirə Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab Sənayesi şöbəsinin müdiri Akif Marifli, həmin şöbənin məsləhətçisi Kamran Musayev, habelə Misir Ərəb Respublikasındakı Azərbaycan Respublikasının Səfirliyinin nümayəndələri Nicat Nemətov və Ramiz Vəliyev iştirak etmişlər.
Sərgidə Azərbaycan mədəniyyətini, tarixini, coğrafiyasını, ədəbiyyatını təbliğ edən kitablar nümayiş etdirilir.
Açılış mərasimində Misir Ərəb Respublikasının Baş naziri Mustafa Mədbuli iştirak etmişdir. O tədbirdə çıxış edərək sərginin işinə uğurlar arzulamışdır.
Bundan əlavə səfər çərçivəsində Mədəniyyət Nazirliyinin nümayəndələri Akif Marifli və Kamran Musayev Misir-Azərbaycan Dostluq Cəmiyyətinə ziyarət etmiş və nümayəndə heyətinin cəmiyyətin sədri Seymur Nəsirovla görüş təşkil edilmişdir.