AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Misirdə Mədəniyyət Nazirliyi tərəfindən sərgi təşkil olundu

  • + A
  • - A
  • 8-12-2021, 22:03



    Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Misir Ərəb Respublikasında səfərdədir.

    Azadmedia.az xəbər verir ki, 8-10 dekabr tarixlərində Misir Ərəb Respublikasının Qahirə şəhərində keçirilən ikinci Ali Təhsil və Elmi Tədqiqatlar üzrə Qlobal Forumu çərçivəsində ölkəmiz üçün ayrılmış guşədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sərgi açılıb.

    Sərgidə Azərbaycan mədəniyyəti və tarixinə həsr olunan videoçarxlar, cari ildə 880 illik yubileyi qeyd olunan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi, Azərbaycanın mədəniyyəti paytaxtı olan Şuşa şəhəri, o cümlədən Qarabağ haqqında dolğun məlumatlar ziyarətçilərə təqdim olunur. Həmçinin, ziyarətçilərə ölkəmiz haqqında kitablar da paylanılır.

    Dekabrın 10-dək davam edəcək sərgidə Azərbaycan guşəsinə böyük maraq göstərilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR