AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mingəçevir Dövlət Dram Teatrında yeni təyinat - FOTO

  • + A
  • - A
  • 28-01-2022, 17:19

    Mingəçevir Dövlət Dram Teatrında yeni təyinat - FOTO
    Mədəniyyət nazirinin əmri ilə Vüsal Mehrəliyev Mingəçevir Dövlət Dram Teatrına baş rejissor vəzifəsinə təyin olunub.

    Azadmedia.az xəbər verir ki, bununla bağlı nazirliyin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova, teatr sektorunun müdiri Könül Əlizadə teatrın kollektivi ilə görüşərək, Vüsal Mehrəliyevi yaradıcı heyətə təqdim ediblər.

    Görüş zamanı çıxış edən F.Acalova Mədəniyyət Nazirliyinin bölgədə yerləşən teatrların hərtərəfli inkişafına diqqət yetirdiyi ilə yanaşı, onların peşəkar kadrlarla təmin olunmasına da böyük önəm verdiyini vurğuladı. Baş rejissor təyin edilən Vüsal Mehrəliyev də, öz növbəsində, ona göstərilən etimada görə Mədəniyyət Nazirliyinə təşəkkür edərək, teatra yeni nəfəs vermək üçün əlindən gələni əsirgəməyəcəyini qeyd etdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR