Azadmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Yanvarın əvvəlində Qazaxıstanda baş verən hadisələrdən sonra həyat normallaşıb. Almatı şəhərində və Almatı və Cambil vilayətlərində "qırmızı terror təhlükəsi" səviyyəsi ləğv edilib. Hadisələrlə bağlı istintaq davam edir.
Belə ki, baş verən iğtişaşlarda iştirak edənlərin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Terrorla mübarizə tədbirləri çərçivəsində hadisələr zamanı ölkə ərazisində oğurlanmış 515 silah-sursatın tapıldığı, silah oğurluğuna görə 98 nəfərin, qanunsuz silah saxladığına görə 61 nəfərin saxlanıldığı açıqlanıb.
Həmçinin ölkənin gündəliyinə polis qüvvələrinin səlahiyyətlərinin genişləndirilməsi daxildir. Parlamentdə müzakirə edilən qanun layihəsinə əsasən, təhlükəsizlik qüvvələrinin nəzarət səlahiyyətləri artırılacaq.