AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Narkomaniya bəlasından qorunmaq, bu bəlanın mənfi fəsadlarını özündə ehtiva edən “Vərdiş” adlı qısametrajlı film çəkiləcək.

  • + A
  • - A
  • 11-02-2022, 18:27

    Narkomaniya bəlasından qorunmaq, bu bəlanın mənfi fəsadlarını özündə ehtiva edən “Vərdiş” adlı qısametrajlı film çəkiləcək.

    Narkomaniya bəlasından qorunmaq, bu bəlanın mənfi fəsadlarını özündə ehtiva edən “Vərdiş” adlı qısametrajlı film çəkiləcək. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkotizmlə Mübarizə” İctimai Birliyinin həyata keçirdiyi “Narkomaniya bəlası ilə mübarizədə “VƏRDİŞ” qısametrajlı filmin çəkilişi və geniş ictimayyət arasında təbliği” layihəsi çərçivəsində ərsəyə gələcək film geniş arenada təbliğ olunacaq. Layihənin kordinatoru Kənan Qubadzadənin verdiyi məlumata görə, layihənin müddəti 3 aydır və əsas məqsədi “VƏRDİŞ” qısametraflı filmi vasitəsi ilə cəmiyyəti narkomaniya bəlasından qorunması yönündə maarifləndirilməsindən ibarətdir. Bu məqsədə çatmaq üçün Bakı şəhərində narkomaniyaya aludəçiliyin vəziyyəti öyrəniləcək. Layihəyə cəlb olunacaq ekspertlərin köməkliyi gənclərlə bu istiqamətdə fərdi söhbətlər aparılacaq. Facebook sosial şəbəkəsində narkomaniyanın törətdiyi bəlalarla bağlı maarifləndirmə işinin davamı olaraq “Narkomaniya gəncliyimizi əlimizdən ala bilməytəcəksən” devizi altında qurup yaradılacaq. Sosial şəbəkə vasitəsi ilə həyata keçiriləcək maarifləndirmə işində ekspertlər gəncləri bu yoldan çəkindirmək üçün onun törətdiyi bəlalar barəsində ətraflı məlumatlar verəcəklər. Müxtəlif KİV-lərdə maarifləndirmə işi aparılacaq, bu yöndə silsilə yazılar dərc olunacaq. Çəkilən film diskləşdiriləcək Bakı ilə yanaşı regionda gənclərə pulsuz paylanacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR