AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda “Narkomaniya ilə barışma!..” layihəsinin təlimi keçirilib - FOTO

  • + A
  • - A
  • 19-11-2021, 20:50



    Masallı Gənclər Evində “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi tərəfindən “Narkomaniya ilə barışma! region gənclərinin zərərli vərdişlərlə mübariz sahəsində maarifləndirilməsi” layihəsinin ilk təlimi keçirilib.

    Azadmedia.az xəbər verir ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Tərəqqi”gəncliyin inkişafı ictimai birliyi tərəfindən həyata keçirilir. Layihənin müddəti üç ay olmaqla 01 oktyabr – 30 dekabr 2021-ci il tarixləri əhatə edir.

    “Tərəqqi”Gəncliyin İnkişafı İctimai Birliyinin sədri, layihə rəhbəri Raci Səfərov bildirib ki, təlim Masallı Rayon İcra Hakimiyyətinin və Masallı Gənclər və İdman İdarəsinin texnki-təşkilati dəstəyi ilə, 16 nəfər gəncin iştirakı ilə, sanitar-epidemioloji vəziyyətə uyğun gigiyenik normalara əməl etməklə keçirilib.

    Təlim zamanı iştirakçılara narkomaniya və narkotik vasitələr nədir? narkomaniyanın potensial qurbanları - risk qrupları, narkomaniyanını sosial fəsadları, narkomaniya ilə mübarizədə profilaktik tədbirlər, narkomaniya və qanunvericilik, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının (2021-ci ilin 9 ayı) cari hesabatı, narkotiklərin dövriyyə marşrutları mövzularında məlumatlar verilib, video-roliklər nümayiş etdirilərək-iştirakçlarla birgə müzakirələr aparılıb.

    Tədbir sosial ekspert Afiq Məlikov tərəfindən idarə olunub.

    Təlimin sonunda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR