AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın Lənkəran şəhərində doğulan Rusiyanın Əməkdar artisti vəfat etdi

  • + A
  • - A
  • 15-02-2022, 15:23

    Azərbaycanın Lənkəran şəhərində doğulan Rusiyanın Əməkdar artisti vəfat etdi
    Rusiyanın Əməkdar artisti, kino və teatr aktyoru Gennadi Mitrofanov 81 yaşında dünyasını dəyişib.

    Azadmedia.az xəbər verir ki, bu barədə Ümum-Rusiya Karlar Cəmiyyəti məlumat yayıb.

    Artist uzunsürən xəstəlikdən vəfat edib.

    Qeyd edək ki, G. Mitrofanov 1940-cı ildə Lənkəran rayonunun Port İliç (indiki Liman) şəhərində anadan olub. İki yaşında soyuqdəymə səbəbindən eşitmə qabiliyyətini itirib. 50 ildən çox Moskva Mim və Jest Teatrında çalışıb. O, həmçinin “Boris Qodunov”, “Dalğalar üzərində qaçan” və “Alçaqlar” kimi filmlərindəki obrazları ilə tanınıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR