AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

7 günlük karantin hansı andan hesablanır?

  • + A
  • - A
  • 15-02-2022, 18:19

    7 günlük karantin hansı andan hesablanır?

    Karantin müddəti necə təyin olunur və hansı andan etibarən hesablanır?

    Azərbaycanda koronavirusun aşkarlanması üçün götürülən analiz nümunələrinin nəticələri bəzən bir günə bəlli olsa da, 3-4 gün gecikmələr də müşahidə olunur. Test cavabları aydın olana qədər müddət ərzində isə yoluxmuş şəxs ictimai məkanlarda olur və bu səbəbdən yoluxma sayında artım müşahidə edilir.

    Bəs karantin müddəti necə təyin olunur və hansı andan etibarən hesablanır?

    Məsələ ilə bağlı TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşların özlərini təcrid müddəti test verilən gündən hesablanır.

    "Şəxsin COVID-19-a yoluxduğu gündən test verdiyi dövrədək olan vaxt karantin müddəti hesab edilmir”, - deyə qeyd olunub.

    İnfeksionist Mərdan Əliyev Trend-in suallarını cavablandırarkən qeyd edib ki, vətəndaşlara test verdikdən sonra cavab çıxan müddətə qədər hər hansı bir məhdudiyyət qoyulmadığı üçün onlar rahat şəkildə ictimai yerlərdə gəzirlər və digər sağlam insanları da yolxudururlar.

    "Testin nəticələrinin gec məlum olmasının obyektiv səbəbləri var. Çünki PCR aparatlarının sayı məhduddur və indi yoluxanların, analiz verənlərin də sayı çox olduğu üçün növbələşdirilirək cavab verilir. Belə olan halda da gecikmələr baş verir. 4-5 gün ərzində yubanma olması yoluxma sayını artıra bilir. Lakin bu, obyektiv haldır və qarşısını almaq bir az çətindir. Ancaq vətəndaşların fərdi şəkildə maarifləndirilməsi ilə buna nail olmaq olar. Əgər vətəndaş özünü xəstə hiss edirsə, ictimai yerlərə getməməli, maska taxmalı və gigiyenik qaydalara riayət etməlidir”, - deyə o əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR