“Şuşada doğulan dahilər” silsiləsindən növbəti tədbir təşkil olunub.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Masallı rayon Mərkəzi Kitabxanasında “Şuşa ili” ilə əlaqədar “Şuşada doğulan dahilər” silsiləsindən növbəti tədbir keçirilib.
Belə ki, tədbir Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr olunub.
Kitabxananın əməkdaşı Arzu Hüseynova məruzə ilə çıxış edərək Natəvanın şərəfli və keşməkeşli ömür yolu, bzəngin poetik yaradıcılığı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Arzu Hüseynova çıxışında diqqətə çatdırıb ki, Xurşidbanu Natəvan öz dövründə parlaq istedada və qabaqcıl ideallara malik şəxsiyyət kimi tanınmışdır. Natəvanın yaradıcılıq arealı təkcə şeirlə yekunlaşmırdı. O, rəssamlıq, əl işləri və tikmə sənəti ilə də məşğul olurdu.Yaradıcılıqla yanaşı ictimai təşəbbüskarlıq və idarəetmə bacarığı,xeyriyyəçiliyi ilə fərqlənirdi. Onun şəxsiyyətinə,ədəbi yaradıcılığına dövlət tərəfindən layiqincə dəyər verilib, məqbərəsi ucaldılıb ,adı küçə, klub, kitabxana və məktəbə verilib.
Ülkər Piriyeva